Əlilliyi olan şəxslərə 4243 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib
Tarix: 05.03.2018 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


2018-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik xidmətlərlə təmin olunmaları mühüm yer tutur. Bu təbəqədən olan insanların müraciətləri qəbul olunaraq, onların müvafiq ehtiyacları öyrənilir və bu əsasda qısa müddətdə reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təminatı həyata keçirilir.
Son iki ayda həmin şəxslərə 284 ədəd əlil arabası, 244 ədəd yuxarı və aşağı ətraf ortezi, 27 cüt protez ayaqqabı, 617 cüt ortopedik ayaqqabı, bel və boyun nahiyəsi üçün 74 ədəd korset, 202 ədəd dördayaqlı dayaq vasitəsi, 173 ədəd yuxarı və aşağı ətraf, habelə döş protezi, 244 cüt dirsəkaltı ağac, 143 cüt qoltuqaltı ağac, 412 ədəd əsa, 1124 ədəd müxtəlif reabilitasiya vasitələri və s. verilib. Yanvar- fevral aylarında 118 nəfərə stasionar şəraitdə bərpa xidmətləri (protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası və s.) göstərilib.
Qeyd olunan müddətdə protez-ortopedik xidmətlərlə təmin olunanların sayı 1925 nəfər (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 243 nəfər) təşkil edib.
Protez-Ortopedik Bərpa Mərkəzində protez-ortopedik məmulatların istehsalında müasir metodların, yeni texnologiyaların hazırlanması istiqamətində də işlər davam etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info