30,9 kilometrlik iki avtomobil yolu yenidən qurulur.
Tarix: 05.03.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Samuxda 30,9 kilometrlik iki avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycanda yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alır.
Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30,9 kilometr olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu 18,2 kilometrlik Çobanabdallı-Lək-Əlibayramlı və 12,7 kilometrlik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqəsini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Çobanabdallı–Lək–Əlibayramlı avtomobil yolunun 4,3 kilometrlik hissəsi III texniki dərəcəyə, 13,9 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4,3 kilometrlik hissədə 7 metr, 13,9 kilometrlik hissədə isə 6 metr təşkil edəcək.
Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 metr təşkil edəcək.
Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Suötürücü borular sıradan çıxıb, çiyinlər yuyulub. Bu səbəbdən yolların əsaslı şəkildə təmir olunması zərurəti yaranıb.
Layihə çərçivəsində mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.
Belə ki, Çobanabdallı–Lək–Əlibayramlı avtomobil yolu boyunca müxtəlif diametrli 14 ədəd mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 5 ədəd müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri aparılacaq, zəruri olan yerlərdə dəmir-beton küvetlər tikiləcək.
Tikinti layihəsinə uyğun olaraq yolun 5,3-cü kilometrində “Şəmkir maşın kanalı” üzərində yerləşən körpüyə yanaşmalarda torpaq yatağı 3 metr enində genişləndiriləcək, istismara yararsız məhəccərlər kəsilərək yeniləri ilə əvəz olunacaq, yeni əyri-xətli tirlər və dirəklər quraşdırılacaq. Daha sonra yolboyu əlaqələndirici bitum səpilməklə 110 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Analoji işlər Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda da aparılır. Bu yolda da 12 ədəd müxtəlif diametrli mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası və bir o qədər də müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.
Layihə çərçivəsində yolun 11-ci kilometrdə “Qanlı Qobu” adlanan ərazidə uzunluğu 24 metr, eni isə 10 metr olan yeni körpünün tikintisi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində yolboyu əlaqələndirici bitum səpilməklə 70 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Tikinti işlərindən sonra hər iki yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, Çobanabdallı–Lək–Əlibayramlı avtomobil yoluna 62 ədəd yol nişanı və 430 ədəd siqnal dirəkləri quraşdırılacaq, 54,2 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yoluna isə 61 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılacaq, 38,1 kilometr yolun xətlənməsi işləri aparılacaq.
Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info