BANM-da beynəlxalq qadınlar bayramı təntənəli qeyd edildi
Tarix: 05.03.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Benəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirə BANM-ın rektoru Elmar Qasımov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor xanım Hicran Hüseynova da qatılıb.
Tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov xanım Hicran Hüseynovanın simasında BANM-da çalışan bütün xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Elmar Qasımov cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışıb və bu gün BANM-ın kollektivinin 60%-nin xanımlardan ibarət olduğunu söyləyib. Dövlətimizdə gender bərabərliyinin qorunaraq xanım rəhbərlərin çoxalmasına sevindiyini deyən rektor E.Qasımov cəmiyyətdə qadınlar və onların problemlərinin həllinə yönəlmiş əvəzsiz fəaliyyətinə görə Hicran xanım Hüseynovaya da xüsusi təşəkkür edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova BANM-ın xanım kollektivini qadınlar günü münasibətilə öz adından təbrik edib və uzun illər yüksək əmək göstəriciləri və peşəkar əmək fəaliyyətinə görə BANM-ın 6 əməkdaşını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif edib.
Rektor Elmar Qasımov BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 7 xanım əməkdaşı da mükafatla təltif edib, eyni zamanda ali məktəbin bütün xanım işçilərini və tələbələrini hədiyyələrlə təbrik edib.
Tədbir konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Teymur Əmrah, Gülüstan Əliyeva və BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlar üçün bayram əhval ruhiyyəsi yaradıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info