İnvestorlar Ermənistana sərmayə yatırmırlar
Tarix: 05.03.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


”ArmenianReport” ”Çünki onlar da Ermənistandakı haqsızlıq, hüquqa olunan hörmətsizlik barədə məlumatlıdırlar”.

«Bu gün Ermənistanda işsizliklə bağlı dəhşətli bir vəziyyət yaranıb. Ölkədə az da olsa işləyənlər varsa, onlar da hər hansı bir qanunla qorunmurlar, çünki çörək qazanmaq üçün pis iş şəraitini belə, qəbul etməyə məcburdurlar».
Bu fikirlər ermənilərin «ArmenianReport» saytında yer alıb. Uzaq keçmişdə qalan 1 mayı-zəhmətkeşlərin müdafiəsi gününü xatırladan sayt, Cənubi Koreya parlamentinin yerli işçilərə göstərdiyi qayğıya həsrətlə diqqət çəkir. Cənubi Koreyanı yüksək texnologiyalı, təlatümlü sürət və ağır rəqabət şərtləri altında yaşayan ölkə kimi təqdim edən sayt, haqlı olaraq, bu ölkə vətəndaşlarını ailə ilə karyera arasında sonuncunun lehinə seçim etdiyini etiraf edir. Təəssüflənən sayt daha sonra yazır: «Bu gün Ermənistanda demoqrafik vəziyyət ağırdır, hər tərəf problemlemlərlə doludur. Maraqlıdır ki, nə hökumət, nə deputatlar, nə də iş adamları problemlərlə əhatələnmiş adi ermənilərin həyatını yaxşılığa doğru imtiqamətləndirmək üçün heç bir şey etmirlər.
Təkrara ehtiyac olmasa da, bu gün Ermənistan iqtisadiyyatının köçürmələr hesabına artırıldığı etiraf edilməlidir. Hakimiyyətə bu əl verir. Bu, onlar üçün yaxşıdır. O mənada ki, ölkədən gedənlərin əksəriyyəti potensial narazılar, millətin danışan «ağızlarıdır». Onlar ailələrinin ayaq üstə duruş gətirmələri üçün xaricdə işləmək məcburiyyətindədirlər.
Erməni mənşəli amerikalı aktyor Levon Şarafyan bir müddət bundan əvvəl «1in.am» saytına verdiyi müsahibədə «Ermənistanda insanların əksəriyyəti açılı həyat tərzi keçirirlər. Onlar hər ayın sonunu həsrətlə xaricidən göndərilcək 200-300 dollara bağlayırlar»-deyə bildirmişdi. Bəli, erməni səlahiyyətliləri üçün ermənilərin ölkəni tərk etmələri yaxşıdır. Axı xaricidən göndərilən hər bir dollar ölkə iqtisadiyyatına «yüksəliş» bəxş edir. Lakin bu gün də ölkədən axın davam etməkdədir. Gedənlərin əksəriyyəti evli ermənilərdir. Onların vətəni qoruyacaq davamçıları olmayacaqsa, o zaman Ermənistanın aqibəti, onun müdafiəsi necə olacaq? Hazırkı erməni səlahiyyətliləri bunu nəzərə almırlar.
Bayaq Levon Şarafyanın Ermənistan vətəndaşları barədə dediklərini xatırlatdıq. Hansı mənadasa, o, Ermənistanda qalan erməniləri tənbəllikdə də ittiham edə bilər. Lakin untmayaq ki, Şarafyan Ermənistanda turist kimi çox az gün keçirdi. O, bu qısa müddətdə ümumi insanımızın vəziyyətini tam çəkisi ilə hiss edə bilməzdi. Bu gün Ermənistanda iş tapmaq mümkün deyil. Bu arzuyla yaşayanların arzusu artıq uzaq keçmişdə qalıb. Təbii ki, bəzi hallarda bizim qabiliyyətli həmvətənlərimizdən istisnaları da gözləmək olar. Bu da nadir hallarda ola bilər: aşağı əməkhaqqı və sosial müdafiəsiz iş və əgər buna iş demək olarsa… İnsanlar işləyir, məvacibləri isə ödənilmir.

“Gedənlərin əksəriyyəti evli ermənilərdir. Onların vətəni qoruyacaq davamçıları olmayacaqsa, o zaman Ermənistanın aqibəti, onun müdafiəsi necə olacaq?”

Bu gün Ermənistanda bununla bağlı çoxsaylı faktlar var. Məsələn, ləğv edilmiş «Kontinent Teks» hazır geyim fabrikinin işçiləri artıq 5 ildən artıqdır ki, 8 aylıq əmək haqqı üzrə borclarının ödənmsini tələb edirlər. Lakin bu tələblər bu gün də nəticəsiz olaraq qalıb. «Kontinent Teks» sabiq işçilərini çoxdan «unudub». Ermənistan üçün bunlar artıq adiləşib. Məsələn, başqa bir misal. Bu gün İrəvan küçələrinin təmizliyini qoruyan "Sanitek" şirkətində bu hallar müntəzəm olaraq baş verir.
Təbii ki, bütün bunlarla, hər bir işçinin sosial müdafiəsi ilə bağlı ölkə parlamenti qanunlar qəbul edib. Lakin məsələ bundadır ki, bu qanunlar ölkədə işləyirmi?
Ermənistan işəgötürənlər birliyinin sədri Gaqik Makaryanın fikrincə «iqtisadi artım tempi sosial proqramların sürətindən artıq olmalıdır, əks halda sosial sahədə hər hansı qanunlar qəbul edilsə də, həyata keçirilməyəcək». Bu o deməkdir ki, iqtisadiyyatı ölmüş və işləməyən bir ölkədə, hər hansı bir işçi küçədə qalmamaq üçün hər şeyə - az əməkhaqqına, işdən kənar işə, haqsız münasibətə, kəsilmiş məvacibə belə, razılaşacaq. O, qarşı tərəfdən hüquqlarına hörmət etməyi tələb etməyəcək, çünki bunun ona heç bir haqqı yoxdur. İşçiyə hörmət göstərmək üçün işçi tələb olunmalıdır və bunun tələb olunması üçün, yeni istehsal sahələri açmaq, investorları cəlb etmək lazımdır. Lakin investorlar Ermənistana sərmayə yatırırmı? Xeyir, yatırmırlar. Çünki onlar da Ermənistandakı haqsızlıq, hüquqa olunan hörmətsizlik barədə məlumatlıdırlar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info