FAO dünya üzrə ərzaq qiymət indekslərini açıqlayıb
Tarix: 06.03.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq qiymət indeksi fevral ayında 170,8 bal səviyyəsində gerçəkləşib. Bu, əvvəlki aya nisbətən 1,1 faiz artım olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. FAO Ərzaq qiymət indeksi beynəlxalq bazarlarda beş əsas ərzağın qiymətləri və ticarətininə əsasən ölçülür. Buğda, düyü və qarğıdalının da daxil olduğu FAO Taxıl qiymət indeksi 2,5 faiz yüksəldiyi halda,davamlı olaraq iki ay nəzərə çarpacaq dərəcədə artım olub. Bu artım böyük miqyasda ABŞ-dakı buğda və Argentinadakı qarğıdalı üçün mövcud hava şərtlərilə bağlı baş verib. FAO, həmçinin bu il üçün buğda toplanışı ölçüsünü aşağı salıb, ancaq ehtiyat ölçüsündə yeni rekord proqnozu davam edir. Kərəyağı, pendir və süd tozu qiymətlərinin artımı ilə FAO Süd məhsulları qiymət indeksi fevral ayında 6,2 faiz yüksəlib. Güclü qlobal tələb və Yeni Zelandiyadasüd istehsalının gözləniləndən aşağı olması bu artımda önəmli rol oynayıb. FAO Ət məhsulları qiymət indeksi dəyişməyib. Dörd aydan indiyədək düşən toyuq ətinin qiymətləri artan inək ətinin qiymətini tarazlayıb.FAO Bitki mənşəli yağ qiymət indeksi 3,1 faiz aşağı düşərək son 19 ayda ən aşağı səviyyəyə geriləyib. Burada cari il üçün nəzərdə tutulan qlobal istehsaldakı artım təsirli olub. Malayziya və İndoneziyadakı ehtiyatların artması ilə yanaşı, ən çox palma yağının qiymətləri enib. FAO Şəkər qiymət indeksi də 3,4 faiz azalaraq son iki ilin ən aşağı səviyyəsində oldu. Burada, xüsusiləTailand və Hindistan kimi əsas istehsalçıların istehsalı artırmağa davam etməsi rol oynayıb. Əsas taxıl məhsulları üçün qlobal təklif şərtləri qaldığı halda, FAO mövsüm sonunda ehtiyat ölçüsünü 14 milyon ton həcmində artırıb.
Qlobal buğda və iri dənəlilərin ehtiyatları mövcud satış ilində yeni bir rekorda doğru “irəliləyir”. Son Taxıl təklif və tələb hesabatına görə buğda ehtiyatlarının 272,7 milyon tona, iri dənəlilərin isə 309,8 milyon tona çatması gözlənilir. Keçən ilin taxıl yığımının tamamilə başa çatması ilə FAO 2017 qlobal taxıl istehsalı təxminini 2 min 642 milyon tona yüksəldib. Avstraliya, Şərqi və Qərbi Afrikada qarğıdalı kimi iridənəlilərin burada təsirli rolu olub. Qarğıdalı istehsalının da 2017-ci ildə bütün dövrlərin ən yüksək faizinə çataraq 502,2 milyon tona çatması gözlənilir. FAO 2018 qlobal buğda istehsalı üçün ilk təxminlərini də yayımlayıb və rəqəmlər hazırda 744 milyon ton ətrafındadır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info