Sənaye məhəllələrində yüzlərlə yeni iş yeri yaradılacaq
Tarix: 06.03.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Azərbaycan İnvestisiya Şirkəti 1,2 milyard dollar investisiya cəlb edib

Azərbaycan İnvestisiya Şirkəti fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib. Bunu "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib. Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat verərək AİŞ-in sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb. Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edir ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

İnvestisiya fondları yaradılır
Məlumat verilib ki, sənaye sahəsində dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iritonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur. İcraçı direktor qeyd edib ki, Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, "Milk-Pro" zavodu, "Səba" və "Azərtoxum" müəssisələri, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC də AİŞ-in payçı olduğu layihələrdəndir. Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin, Səngəçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış "Səngəçal Terminalı" QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən "Ağstafa Aqroservis" MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb. İcraçı director onu da qeyd edib ki, Azərbaycanda bu il investisiya fondlarının yaradılması planlaşdırılır. İri investisiya fondlarının yaradılması istiqamətində hazırda xarici tərəfdaşlarla danışıqlar aparılır.

Dərman zavodunda ilk istehsal 2020-ci ilin əvvəlinə planlaşdırılır
Qeyd edilib ki, 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. 2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan "Həyat Farm" Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10 faizdir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 milyon ABŞ dollarıdır. İllik istehsal gücü 225 milyon qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihələndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.
Şpris zavodunun məhsulların Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır
Eyni zamanda, Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə Rusiya Federasiyası ilə birgə həyata keçiriləcək "Caspian Pharmed" Zavodunun tikintisidir. Layihədə AİŞ-in payı 25 faiz təşkil edir, 21 milyon ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihələndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 milyon qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq. Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. AİŞ 2017-ci ildə "Diamed Co" MMC-yə 1,7 milyon manat investisiya yatıraraq zavodda 25 faiz pay əldə edib. İllik istehsal gücü 60 milyon birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60-a yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Tədbirdə kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələrinin xüsusi rolu vurğulanıb və Prezidentin müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradıldığı diqqətə çatdırılıb. 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 milyon manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir. Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və birinci mərhələ çərçivəsində tikinti işləri tamamlanmaq üzrədir. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərir və artıq AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 milyon manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq. 20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması və tikinti işlərinə 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır. 20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Tikinti prosesinə 200 nəfərdən çox işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Rövşən Nəcəf deyib ki, bu il Sabirabad, Masallı və Hacıqabul sənaye məhəllələri tam gücü ilə fəaliyyətə başlayacaq. İcraçı direktor qeyd edib ki, sənaye məhəllələrinin yaradılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, sənaye istehsalının artırılmasına, eyni zamanda, yerli resurslardan səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info