“Milli şura”da toplaşanlar müəyyən qüvvələrin əlində təzyiq vasitəsidir”
Tarix: 29.05.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev “milli şura” adlı qondarma qurumun yaranmasına münasibət bildirib: “Deyirlər “milli şura” yaranıb! Həmçinin deyirlər orda bir neçə siyasi partiya birləşib! Amma mənə bir neçə mətləb aydın deyil. Birinci mətləb ondan ibarətdir ki, yaranan “nədir”? Əgər bu yeni təşkilatdırsa, onda onun əsasnaməsi, proqramı, məqsədi, hədəfi, strateji planı, taktikası, iş rejimi, insan və maddi resursları və sair olmalıdır ki, bu “nəsəni” digərlərindən fərqləndirərək ona “mövcud olan” və ya “təsis edilən” demək olsun. Mən “milli şura” təsis edilib” xəbərini eşidən kimi ha çalışdım bu dediklərimin olub-olmadığını müəyyən edim və bu işdə əziyyət çəkənlərə “təbrik göndərim”. Təəssüf ki, bütün bunların olmadığını bildikdən sonra utandım olmayan şeyə görə təbrik göndərməyə. İkinci mətləb ondan ibarətdir ki, əgər doğrudan da “milli şura” təsis edilibsə və onun tərkibində olan partiyalar elə son günlərə qədər başqa bir qurumda bir yerdə idilərsə , onda yeni bir adda birləşməyin nə mənası? Məgər adın “İctimai Palata” yox, “milli şura” qoyulmasının elə bir fərqi varmı? Üçüncü mətləb ondan ibarətdir ki, guya təsis edilən “milli şura”ya inamla yanaşanlar, görəsən, hansı arqumentlərə malikdirlər. Doğrudanmı, onlar inanırlar ki, son 20 ildə müxalifət adını monopoliyaya çevirən və Qərbin əlində təzyiq vasitəsi rolunu oynayan bu partiyalar mövcud problemlərin həlli üçün aydın proqrama malikdirlər? Dördüncü mətləb ondan ibarətdir ki, Qərb “milli şura” ideyasından hansı məqsədlərlə istifadə edə bilər? Əsas məqsəd “milli şura”dan hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək və müxalifəti nəzarətdə saxlamaqdırmı? Yoxsa digər məqsədlər də var? Bütün bunları zaman göstərəcək!”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info