Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub
Tarix: 06.03.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Son 10 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə martın 6-da "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" mövzusunda keçirilən tədbirdə deyib.
Z.Səmədzadə Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışıb. Komitə sədri iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafının əhəmiyyətini vurğulayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov qeyd edib ki, ötən il banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 5 milyard manat kredit qoyulub. Ötən il qeyri-neft ixracında 25 faiz artım qeydə alınıb. Qeyri-neft ixracında əsas yeri kənd təsərrüfatı tutub. 2017-ci ilin yekunları bu il iqtisadiyyatın daha dinamik, sürətli inkişafına əsas verir.
İ.Alışov, həmçinin martda daşınar əmlakın dövlət yüklülüyü reyestrinin istifadəyə veriləcəyini deyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info