“Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb”
Tarix: 06.03.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 6-da NAMA layihəsi çərçivəsində Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfransda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.
O bildirib ki, 2015-ci ildən etibarən Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və SOCAR tərəfindən birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi həyata keçirilir. Bugünkü konfrans 5 il həyata keçiriləcək NAMA layihəsinin yarım dövrlük hesabatına həsr olunub. NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.
"Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kilovolt gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) "Zağlı-Zeyvə" yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur”, - deyə R.Hüseynzadə əlavə edib.
BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti isə bildirib ki, iqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir: "Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir".
Sonra layihənin gedişatı haqqında videoçarx nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info