Universal ağır atletika komplekslərinin açılışı olub
Tarix: 06.03.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkəmizdə idmanın inkişafına töhfə verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin istifadəyə verilməsi bu prosesdə mühüm rol oynayır.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF tərəfindən Bakıda və Sumqayıtda universal ağır atletika kompleksləri istifadəyə verilib.
Bakıda açılışı olan universal ağır atletika kompleksi “Zirvə” beynəlxalq idman klublarının və AAAF-ın birgə layihəsi əsasında inşa edilib.
Kompleksin açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. Azər Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krosfit və fitneslə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Gün ərzində 500-ə yaxın idmançı bu məkanda peşəkar məşqlə məşğul ola bilər. Kompleks ən müasir avadanlıqla təchiz olunub, idmanın hər bir növü üzrə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, uğur qazanmış atletlər, təcrübəli həkimlər, masajçılar və məşqçilər çalışacaqlar.
Sumqayıtdakı kompleksin açılış mərasimində isə AAAF-ın birinci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
Kompleksin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, kompleksdə eyni anda 50-yə yaxın ağır atletin, eləcə də bodibildinq, pauerliftinq, krosfit idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Burada paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.
AAAF hər il 20-yə yaxın ağır atletika zal və kompleksinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. Ötən il Qobustanda mərkəzi ağır atletika zalı, “Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanadakı zalı, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digər qurğularda əsaslı təmir-bərpa işləri görülüb, avadanlıq yenilənib, məşq üçün ən yüksək şərait yaradılıb. Bununla yanaşı, Astarada AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazasının açılışı həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, hər cür şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlığın quraşdırıldığı geniş AAAF fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.
AAAF bu istiqamətdə işləri cari ildə də davam etdirəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info