Paraqvay nəşri Azərbaycandan yazır
Tarix: 06.03.2018 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Paraqvayın “Logistica & Negocios” nəşri beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Naxçıvan Azərbaycan multikulturalizmini mədəniyyətlərarası qlobal dialoqun dəyərli mənbəyi kimi təbliğ edir” adlı məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində 2017-ci ilin oktyabrında Naxçıvan Pedaqoji Universitetində təqdimatı keçirilən yeni “Azərbaycan multikulturalizmi” dərsliyinin dərc olunmasından, bütövlükdə, Azərbaycanın beynəlxalq dialoq sahəsində əldə etdiyi nailiyyətlərdən yazır. Azərbaycan tədqiqatçılarından sitat gətirən Teyz yazır ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya nümayiş etdirir. Ekspert qeyd edir ki, Naxçıvan Muxtar Respublikası (Azərbaycan) faktiki olaraq, “multikulturalizm laboratoriyası” və bütün dünya üçün böyük əhəmiyyət kəsb edən arxeoloji mənbədir. Arxeoloji mədəniyyət abidələri hələ qədim dövrlərdən Azərbaycanda multikulturalizm və dinlərarası dialoqun dəyərlərinin olduğunu sübut edir. “Azərbaycan multikulturalizmi” dərsliyi gənc nəsil üçün mühüm rola malikdir və çoxmədəniyyətli dəyərlərin təşviqində qiymətli mənbədir.
Teyz yazır ki, Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan hələ də suveren Azərbaycanın ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu işğal altında saxlamaqda davam edir. Təkcə 2018-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimini müxtəlif istiqamətlərdə 3443 dəfə pozublar. Erməni qoşunları iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək, Azərbaycan Ordusunun mövqelərinə atəş açırlar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevriliblər. Məqalənin sonunda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə, həmçinin BMT, AŞPA, ATƏT və İƏT Baş Assambleyalarının Ermənistanı qeyd-şərtsiz olaraq təcavüz etdiyi ölkədən qoşunlarını çıxarmağa səsləyən qətnamələrinə baxmayaraq, Ermənistan hələ də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info