Hicran Hüseynova: “Kəndli qadınlar arasında sahibkarların sayı artıb”
Tarix: 06.03.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“Azərbaycanda qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə keçirilən “She Congress”də çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində əhalinin onda biri qaçqın və məcburi köçkün düşmüş insanlardır ki, onların yarısı qadınlardır: "Ermənistan tərəfindən aqressiv siyasətin davam etdiyi bu şəraitdə qarşılaşdığımız çətinlikləri görməmək mümkün deyil”. 
Dövlət Komitəsinin sədri qeyd edib ki, Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarların artmasına səbəb olub: “2017-ci ildə qadın sahibkarların sayı artaraq 21 faiz  təşkil edib. Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Təkcə ötən il 50-yə qədər qadın sahibkarlıq fəaliyyətinə başlayıb. Əlbəttə bu, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iqtisadi asılılıqdan azad olmasına gətirib çıxarır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info