BANM 3-cü SOCAR Beynəlxalq Forumuna ev sahibliyi edəcək
Tarix: 06.03.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 3-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu 23-26 aprel 2018-ci il tarixlərində təşkil ediləcək.
Regionunun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.
Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, borular və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə təqdimatlar ediləcək. Eyni zamanda, Xəzəryani və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, Forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info