Mərkəzi Asiyada yeni böyük oyun
Tarix: 29.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Regionda söz sahibi olmaq uğrunda əsas mübarizə Rusiya,
Çin və ABŞ arasında gedir


Dünya güclərinin maraqlarının toqquşduğu regionlardan biri də Mərkəzi Asiyadır. Regionun strateji mövqeyi, resursları, enerji xətlərinin üstündə yerləşməsi maraqlar uğrunda mübarizəni daha da kəskinləşdirir. Bu günlərdə «Manas» qırğız-türk universitetində Strateji Düşüncə Mərkəzi tərəfindən təşkil edilən toplantıda bu məsələlər müzakirə edilib.
Toplantıda siyasi əlaqələrdən tutmuş mədəni əməkdaşlığa qədər olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyəli ekspert, professor Çağrı Ərhan “Türkiyə qəzeti”ndə qeyd edib ki, görüşdə Rusiya, ABŞ və Çinin regiona münasibətdə həyata keçirdikləri siyasət, geosiyasi balans, ticarət sahəsində mümkün əməkdaşlıq perspektivləri ətraflı şəkildə analiz edilib. Ekspertlər hesab edir ki, bu gün Mərkəzi Asiya regionu uğrunda həyata keçirilən siyasi oyunları «böyük oyun» kimi xarakterizə etmək olar. Regionda söz sahibi olmaq uğrunda əsas mübarizə Rusiya, Çin və ABŞ arasında gedir. Keçmiş SSRİ-nin dağılmasından sonrakı 10 il ərzində Rusiya regiondakı təsir imkanlarını xeyli dərəcədə itirdi. Bunun əvəzində isə ABŞ və onun əsas müttəfiqi olan Türkiyə bölgədə siyasi və iqtisadi təsir imkanlarını artırmağa nail oldular. 11 sentyabr terror aktından sonra Birləşmiş Ştatlar bölgədə hərbi baza yaratmaq siyasətini həyata keçirməyə başladı ki, bununla da Mərkəzi Asiyada hərbi iştiraka imkan yarandı. Bu isə prezident Buşun Əfqanıstan məsələsinə münasibətdə əsas strateji oriyentasiyasından biri idi. 2002-ci ildən başlayaraq Rusiya və Çin Birləşmiş Ştatların Mərkəzi Asiyadakı təsir imkanlarını zəiflətmək üçün müəyyən addımlar atmağa başladılar. Bu məsələdə «Şanxay beşliyi» mühüm rol aldı. 2002-ci ildə Qırğızıstanla müqavilə imzalayan Rusiya Kant şəhəri yaxınlığında 20 hərbi təyyarə və 1000 hərbçinin olduğu hərbi baza yaradılmasına nail oldu. 2005-ci ildə isə Özbəkistan ABŞ-dan hərbi bazasını ölkə ərazisindən çıxarmağı tələb etdi. Əvəzində regionda çoxtərəfli hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının hərbi iştirakı gücləndi. Bu təşkilatın əsas ideoloqu Vladimir Putindir. «Asiyanın NATO»su adlandırılan təşkilat daha çox Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq, ABŞ cari ilin büdcəsinə əsasən də Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikstana 118 milyon dollar yardım ayırıb. Rusiya isə silahlanma və ordunun digər ehtiyaclarının ödənməsi üçün KTMT çərçivəsində Qırğızıstana 1,1 milyard, Tacikistana isə 220 milyon dollar ayırıb. Müqayisədə Amerikanın etdiyi yardımını çox cüzi olduğu görünür. Üstəlik Rusiyanın etdiyi yardımların insan hüquqları, demokratiya, azad bazar iqtisadiyyatı kimi ön şərtləri yoxdur. ABŞ prezidenti Barak Obama hesab edir ki, 2014-cü ildə Amerika qoşunları Əfqanıstanı tərk etdikdən sonra Mərkəzi Asiya regionu radikal qrupların rahat fəaliyyət göstərdiyi meydan ola bilər. Belə qrupların fəaliyyəti isə rejimləri demokratiyadan uzaqlaşdıra bilər. Birləşmiş Ştatlar, Rusiya və Çinin Mərkəzi Asiya regionu uğrunda amansız mübarizəsində əsas yerlərdən birini Türkiyə turur. Putinin nümayəndələri açıq şəkildə etiraf edirlər ki, Şanxay Əməkdaşlıq Təşkilatının «dialoq üzrə tərəfdaşı» olan Türkiyə ilə münasibətlər ən yüksək səviyyəyə gəlib çata bilməz. Bunun səbəbi Türkiyənin NATO üzvlüyüdür. Türkiyə region siyasətində Rusiya, ABŞ və ya Çinə üstünlük verməlidir. Türkiyə onu Qərbə bağlayan telləri, o cümlədən NATO-nu tərk etməz. Bu ölkənin hökumət başçısı Ərdoğan bu yaxınlarda Vaşinqtonda səfərdə olarkən bəyan etdi ki, ABŞ yenə də Ankara üçün vacib tərəfdaş olaraq qalır. Mərkəzi Asiya uğrunda gedən «böyük oyun»un iştirakçıları bir-birinə əks cəbhələrdə dayanıblar. Belə olan halda Türkiyəyə «hamının etibar etdiyi», «hamının dostu» olaraq qalmaq çətin olacaq. Ankara bu balansı bir tərəfə ataraq öz siyasətini həyata keçirmək üçün lazımi iqtisadi və hərbi gücə malik deyil. Əgər Türkiyə Mərkəzi Asiya dövlətləri tərəfindən sözü eşidilən dövlət olmaq istəyirsə, yeni «böyük oyun»u analiz etməli və buna uyğun olaraq strateji məqsədlərini müəyyən etməlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info