«ArmenianReport»: ”Ermənistan hökuməti sosial proqramları yerinə yetirə bilmir”
Tarix: 06.03.2018 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Yəqin ki, çoxlarınız xatırlamış olar: ötən il İrəvanda keçirilən VI Ermənistan-Diaspor Forumunda sabiq prezident Sərkisyan erməni qadınları qarşısında ciddi bir vəzifə qoydu: 2040-cı ilə qədər 4 milyon nəfərə qədər əhalinin artmasına nail olmaq. Sərkisyan hətta bir az da irəli gedərək, növbəti 25 ilin Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılmasının prioritet istiqamətlərdən biri olacağını bildirdi. Bununla bağlı sabiq prezident hökumətə, yaxın gələcəkdə Ermənistanda əhalinin təbii artımını, miqrasiya və immiqrasiya nisbətinin əhəmiyyətli bir dəyişməsinə nail olmağı tapşırdı.
Təbii ki, ermənilərin «ArmenianReport» saytına inansaq, bu Sərkisyanın ölkədəki demoqrafik problemlərlə bağlı danışmağa başladığı ilk çıxış idi. Məsələ bundadır ki, həqiqətən, Ermənistanda doğum səviyyəsinin aşağı düşməsi ilə yanaşı, miqrasiya axını artıq pik həddə çatmaqdadır.
Sayt yazır: «Ekspertlərin fikrincə, son 7-8 il ərzində Ermənistanda doğum səviyyəsinin 17-20 faiz arasında azalması ilə yanaşı, ölüm nisbəti də xeyli çoxalıb. Belə bir vəziyyətdə, hökumət Serj Sarkisyanın göstərişlərinə uyğun olaraq, ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmalıydı. Amma bu, belə olmadı. Bunun əvəzinə, hökumət Ermənistanda üçüncü uşaq doğumuna görə veriləcək ödənişləri təxirə salmağa və sonralar azaltmağa başladı. Bu da ölkədə doğumun artmasına zərbə oldu».
Xatırladaq ki, erməni mətbuatının verdiyi məlumata görə, Ermənistanda üçüncü doğuşa görə ödəniləcək 1 milyon dramın yubadılaraq verilməməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Qeyd edək ki, erməni hökumətinin 2014-cü ilin martında qəbul etdiyi qərara görə, Ermənistanda yaşayan erməni ailəsində üçüncü uşaq dünyaya gətirənlər üçün birdəfəlik müavinətin həcmi 1 milyon dram müəyyən edilib. Bu vəsait ərizəçinin seçimi ilə ailəyə ya nağd, ya ödəniş yolu ilə ödənilməlidir. Lakin ödənilirmi?
Sayt faktlara istinadən yazır: «İrəvan sakini olan bir qadın öz narazılığını dilə gətirərək dünyaya gətirdiyi üçüncü övladına görə, hələ ki, 1 milyon dramın ancaq yarısını aldığını bildirir. Onun sözlərinə görə, pulun qalan hissəsini almaq üçün Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Xidmətinə müraciət etsə də, ona qalan vəsaitin qisimən təmin ediləcəyini bildiriblər. Qadın qismən verilən vəsaitin bu ilin yanvarından etibarən dayandırıldığını da bildirməyi unutmayıb. Görünür, qıdından fərqli olaraq erməni səlahiyyətliləri Sarkisyanın tapşırıqlarını unudublar. Yoxsa onlar da, erməni əhalisinin artımını dəstəkləmək üçün mümkün olan hər şeyi edərdilər. Bu isə öz növbəsində ölkədə doğumun artmasına təkan verməklə yanaşı, yüksək miqrasiya dərəcəsini də dayandıra bilərdi. Lakin, bu gün də Ermənistanda demoqrafik vəziyyətin sabitləşdirilməsinin yeganə yolu tapılmaz olaraq qalır”.
Radikal siyasi və iqtisadi islahatlar qərarı vermək lazım olduğunu bildirən, sayt belə bir addımın ölkədə fəlakətli azalmanın qarşısını almaq və doğum göstəricilərinə müsbət təsir göstərmək istiqamətində yeganə yol olduğunu bildirir:” Lakin sual olunur: Hər bir ölkədə həyata keçiriləcək islahatlar üçün vəsait lazımdır. Ermənistan bunu xaricidəki fiziki şəxslər tərəfindən göndərilən vəsait hesabınamı həyata keçirəcək? Axı bugünkü erməni hakimiyəti dünya arenasında, hətta xaricidəki diaspor təşkilatları qarşısında da etibarını itirib. Bütün bunlara baxmayaraq, çətin ki, indiki Sarkisyan rejimi oturduğu budağı kəsməyə dursun. Yeni prezident Sarkisyanın Ermənistanda ictimai və siyasi həyatın demokratikləşməsinə getməyəcəyi rellıqdır. O, heç vaxt korrupsiyaya qarşı mübarizə aparmayacaq , çünki o da ölkədəki korrupsionerlərdən biridir. Təbii ki, bütün bunlar olmadan ölkədə müsbət dəyişikləiklərin baş verəcəyini gözləmək gülünc görünür. Əslində, Ermənistanda hakimiyyətin üçüncü uşaq üçün dəstək verməməsi onların sadəcə, doğum nisbətinə maraq göstərməməsi ilə bağlıdır. Çünki artıq Ermənistanın təsdiq olunmuş builki büdcəsində çoxuşaqlı ailələrin dəstəklənməsi məsələsi öz əksini tapmayıb. Buna ölkənin heç maddi imkanı da yoxdur.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info