“Qarabağda müharibə başlasa, KTMT ermənilərə kömək etməyəcək”
Tarix: 07.03.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


General-polkovnik Anatoli Sidorov: “KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var”
Ermənilərin böyük ümid bəslədiyi və tez-tez istinad etdikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəsmisinin son açıqlaması İrəvanda ciddi narazılıq yaradıb. “Newshay.com” saytı xəbər verir ki, KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov maraqlı bəyanatla çıxış edib. O, Moskva-İrəvan-Astana-Bişkek-Minsk telekörpüsü zamanı bildirib ki, əgər Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək. Sayt yazır ki, “ KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, qondarma “DQR” bu bloka üzv deyil və Xankəndinə təşkilat tərəfindən hərbi yardım göstərilməyəcək: “KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa KTMT onları darda qoymayacaq”. KTMT-nin birləşmiş qərargahının rəisi bildirib ki, Ermənistanla Azərbaycan arasında vəziyyət kifayət qədər gərgindir, amma o dərəcədə gərgin deyil ki, iki ölkə bir-birinin “paytaxtını tutmağa” başlasın. KTMT-nin birləşmiş qərargahının rəisi bildirib ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil: “Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Bu heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info