Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb
Tarix: 07.03.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


“NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir”. Bu sözləri NAMA layihəsi çərçivəsində Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfransda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib. O bildirib ki, 2015-ci ildən etibarən Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və SOCAR tərəfindən birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi həyata keçirilir: “Bugünkü konfrans 5 il həyata keçiriləcək NAMA layihəsi üzrə ötən müddətdə görülən işlərin hesabatına həsr olunub. NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir”. “Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kilovat gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) “Zağlı-Zeyvə” yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur” - deyə R.Hüseynzadə əlavə edib. BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti isə bildirib ki, iqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir: “Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir”. Qeyd edilib ki, birgə fəaliyyət nəticəsində ümumi sahəsi 10 min kvadratmetr olan inzibati ərazi enerji baxımından səmərəli avadanlıq və ekoloji ləvazimatlarla, o cümlədən enerji səmərəli pəncərələr, döşəmə istilik sistemi, havalandırma və istilik izolyasiyası sistemi ilə təchiz edilib. Bu binalardan hər il ümumi hesabla 2 min 500 nəfərin bəhrələnəcəyi gözlənilir. Eyni zamanda, yanacaq sərfiyyatında 10-15 faiz qənaət etməyə imkan yaradan təhlükəsiz və enerji səmərəli nəqliyyat vasitələri Bakıya gətirilərək ildə 1200-ə qədər sürücüyə nəqliyyat vasitələrinin ekoloji cəhətdən səmərəli idarə olunması sahəsində təlimlər keçiriləcək. Bundan əlavə, Siyəzən rayonunun 12-yə yaxın kəndində 2 min 500 nəfərin yaşadığı təxminən 600 ev təsərrüfatı təmiz qazla təmin ediləcək. Sonra layihənin gedişatı haqqında videoçarx nümayiş etdirilib. Binalarda enerji effektivliyi üzrə beynəlxalq konsultant Meltem Bayraktarın “Binalarda enerjidən səmərəli istifadə: əsas prinsiplər və NAMA (Azerbaijan) layihəsinin nəticələri”, nəqliyyat sistemi üzrə beynəlxalq konsultant Anxel Aparisionun “Ekoloji təmiz nəqliyyat vasitələrinin hüquqi əsaslarının formalaşdırılması yolunda. Beynəlxalq təcrübə və Azərbaycanda perspektivləri” və “Hesabat ölçü yoxlama” sistemi üzrə beynəlxalq konsultant Liliya Zavyalovanın “SOCAR üçün “Hesabat ölçü yoxlama” (MRV) korporativ sistem” adlı məruzələri dinlənilib. NAMA layihəsi 3 istiqamət üzrə həyata keçirilir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması. Layihə 2020-ci ildə yekunlaşacaq. 2013-cü ildən başlayaraq SOCAR hər il özünün birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. Beynəlxalq təşkilatlarla müştərək keçirilən proqramlardan əlavə olaraq SOCAR Azərbaycanda ətraf mühitin qorunması istiqamətində hər il birbaşa öz imkanları ilə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və sair kimi zəruri tədbirləri həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info