Ana səhifə Dünya MDB 07 Mart 2018 / 01:50 Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər
Tarix: 07.03.2018 | Saat: 05:54:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.
“Prezidentlər Suriyadakə vəziyyəti, xüsusən də Şərqi Quta bölgəsində yaşanan humanitar faciəni müzakirə ediblər. Onlar BMT TŞ –in qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi istiqamətində göstərilən səylərin və bölgəyə humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd ediblər”, - deyə mənbə bildirib.
Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb: “Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.
R.T.Ərdoğan həmçinin Suriyada 40-dək hərbçinin ölümü ilə nəticələnən “AN-26” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı V.Putinə başsağlığı verib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info