İşgüzar qadınlar üçün təlim keçirilib 
Tarix: 07.03.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində “AtaTravel” MMC tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün PR işinin təşkili, vaxtın idarəedilməsi və uğurun sirri mövzularında təlim keçirilib. 
“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı bildirdi ki, hər bir sahədə olduğu kimi, turizm sahəsində də PR işi çox vacib və böyük önəm daşıyır. Turzim sahəsinin inkişafı ilə bağlı olaraq həm ölkə daxilində, həm də ölkədən xaricdə təbliğat aparılması və bu təbliğatın qarşılıqlı şəkildə əlaqələndirilməsi olduqca effektlidir. Bu baxımdan Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə PR sahəsində yeni texnologiyaların çevik və uğurlu tətbiqi, bu sahədə mütəxəssislərin yüksək səviyyədə hazırlığı, onlara beynəlxalq standartlara uyğun proqramlar əsasında tədris və təlimlər keçirilməsi olduqca məqsədəuyğundur. 
“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova iştirakçılara turizm sahəsində PR işinin təşkili və uğurli fəaliyyətlə bağlı təqdimat etdi. Azərbaycanda turizmin rentabelliyinin və gəlirliliyinin artırılmasının zəruri olduğunu diqqətə çatdıran Dilara Zamanova, bu məsələdə turizmlə bağlı PR sahəsinin inkişafını əsas məqamlardan biri kimi vurğuladı. 
Daha sonra təlimçi Çimnaz Qasımova tədbirdə qadınların uğurlu fəaliyyətində vaxtın idarə olunması, uğurun sirri və motivasiya mövzusunda danışaraq iş, karyera və ambisiyalarla həyat tərzi, yəni sağlamlıq, məmnuniyyət, asudə vaxt və ailə arasında balansın formalaşdırılmasının insanlar üçün vacibliyini bildirdi. Diqqətə çatdırıldı ki, iş və asudə vaxt bölgüsü və balansı hələ 19-cu əsrin əvvəllərindən Qərbdə aktual məsələ kimi gündəmə gətirilib və həmin vaxtdan başlayaraq, iş-həyat balansına mükəmməl formada nail olunması üçün bir sıra konsepsiyalar ortaya çıxıb. Təlimçi tərəfindən iş-həyat balansının pozulması hallarına hazırda inkişaf etmiş ölkələrdə də rast gəlindiyi və bu problemin insanların həyatına mənfi təsir etdiyi bildirildi, iş-həyat balansına nail olunması ilə bağlı vacib tövsiyələr iştirakçıların diqqətinə çatdırıldı. 
Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info