Bakıda beynəlxalq konfrans keçiriləcək
Tarix: 07.03.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Sentyabrın 13-dən 15-dək Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC) of Automatic Control) dəstəyi ilə Bakıda ilk dəfə Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı (TECIS-2018) keçiriləcək.
Konfransın təşkilində IFAC-ın Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.
Bakı konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir. Məsələn, “Sabitliyin yaxşılaşdırılmasında İdarəetmə və Avtomatlaşdırma”, “Sabitliyi yaxşılaşdırmaq üçün texnoloji dəyişikliyin təqdimatının idarə edilməsi”, “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar”, “Bio-tibbi sistemlər” mövzuları müasir dövrümüzdə çox aktualdır.
Təşkilat komitəsi çoxsaylı tələbləri nəzərə alaraq konfransın gündəliyinə Bakıda yaranmış TRİZ-i (innovativ məsələlərin həlli nəzəriyyəsi) də daxil edib. TRİZ nəzəriyyəsi ilk dəfə 1946-cı ildə sovet alimi, ixtiraçı və mühəndis Henrix Altşuller tərəfindən irəli sürülüb. Bu nəzəriyyə çətin və mürəkkəb məsələlərə sistematik yanaşmaqla onların innovativ həlli üçün strategiya müəyyən edir. Dünyada ilk dəfə Henrix Altşuller tərəfindən Bakıda “Inventive Creation Institute” yaradılıb və alim özü TRİZ assosiasiyasının ilk prezidenti olub.
Konfransa məqalələrin qəbulu elan edildikdən sonra tədbirdə iştirak üçün dünyanın müxtəlif ölkələrindən elm adamlarından müraciətlər daxil olmaqdadır. TECIS-2018 beynəlxalq konfransı elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
IFAC-la birgə dəstək verən qurumların xahişi ilə konfrans zamanı innovasiya üzrə “Young authors award” mükafatının təsis edilməsi gündəmdədir. Bu barədə yekun qərar IFAC, TECIS və ARAS təşkilatlarının yığıncağında veriləcək.
Son illərdə texnika və texnologiyanın inkişafı beynəlxalq sabitlikdə mühüm dəyişikliklərə gətirib çıxarıb. ARAS inanır ki, belə tədbirləri Azərbaycana gətirib beynəlxalq təcrübələri bölüşmək, o cümlədən nüfuzlu dairələrin marağını ölkəyə cəlb etmək qeyri-neft sektorunun inkişafı üçün çox əhəmiyyətlidir. Habelə bu cür tədbirlər ölkədə texniki elmlərə marağı artıracaq. TECIS-2018 beynəlxalq konfransında dünyanın bir çox ölkələrindən alimlər, mütəxəssislər və tələbələr bir yerə toplaşacaq, müxtəlif mövzular üzrə məqalələrini təqdim edəcək, eyni zamanda, sürətlə inkişaf edən ölkəmizlə və paytaxt Bakı şəhəri ilə yaxından tanış olacaqlar.
Habelə IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Komitəsi, Vyana Texnologiya Universiteti konfransın təşkilaçılarındandır. IFAC təşkilatının müvafiq texniki komitələri (onlar barədə www.ifac-control.org saytından ətraflı məlumat əldə etmək mümkündür) konfransa texniki dəstək göstərir. Səyahətlə bağlı dəstək “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik təşkilatı, Bakı Ali Neft Məktəbi, “ADA” Universiteti və “Boulevard hotel”dir. Bundan başqa, konfransa yerli səviyyədə Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, xarici ölkələrdəki səfirliklərimiz, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları, beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri (məs, Webster universiteti) dəstək verir. Bir sıra texnologiya şirkətləri isə konfransa ciddi maraq nümayiş etdirir.
Konfrans barədə geniş məlumatı www.tecis18.org və www.tecis18.net saytlarından əldə etmək mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info