Azərbaycanın müstəqilliyini müdafiə edən yeganə siyasi qüvvə iqtidardır
Tarix: 29.05.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Aydın Mirzəzadə: “Xarici qüvvələrə meyilli
müxaliflər milli inkişafa qarşıdırlar”


Bu gün Azərbaycan siyasi arenasındakı prosesləri keçmiş illərdən bu günə qədər müşahidə və təhlil edəndən sonra əminliklə bir daha bu fikrə gəlmək olar ki, müstəqil Azərbaycan dövlətçiliyinin, milli inkişafın tərəfdarı və simgəsi məhz bugünkü iqtidardır. Xəbər verildiyi kimi, az öncə Cümhuriyyət Günümüzü təntənəli şəkildə qeyd etdik.
Əhali kütləvi şəkildə və şövqlə bu bayram şənliklərinə qatıldı, müstəqilliyimizin və milli dövlətçiliyimizin prinsipial tərəfdarı olduğunu bir daha kütləvi bayram tədbirlərindəki qatılımı ilə nümayiş etdirdi. Azərbaycan insanı bir daha göstərdi ki, milli dövlətçiliyimizin və müstəqilliyimizin coşğun tərəfdarıdır və bunun davam etdirilməsində, gücləndirilməsində dövlətimizin milli müstəqil siyasətinə bel bağlayır. Amma əfsuslar olsun ki, bu gün cəmiyyətimizdə bunun əksini düşünən cüzi sayda insanları bir araya gətirən müxalif qruplar da var. Məsələn, müxalifətin öz daxilində bununla bağlı açıq etiraflar var. Bu gün müxalifətin özündə açıq etiraf edilir ki, müxalifətin çoxu, xüsusilə də radikal kəsim müxtəlif ölkələrə meyilliliyi ilə fərqlənir. Məsələn, Müsavat başqanı İsa Qəmbər demişdi ki, müxalifətin bir qismi İrana, bir qismi də Rusiyaya işləyir. Eləcə də Müsavat və digər partiyalar da Qərbə işləyənlər kimi xarakterizə olunur. Yaxud Xalq Partiyasının sədri Pənah Hüseyn bu yaxınlarda açıqlama verib ki, müxalifətdə üç qüvvə var: “İrana, Rusiyaya və Qərbə işləyən qüvvələr. Qeyd edək ki, zaman-zaman başqa müxalifət nümayəndələri də müxalifətin bu məsələ ilə bağlı durumunu etiraf ediblər. Belə isə həmin müxalifətə necə etibar etmək olar? Xalq, cəmiyyət onlardan nə götürə bilər? Yaxud nəyə görə bu cür xarici qüvvələrin təsiri altına düşən müxalif qurumların fəaliyyəti cəmiyyətdən dəstək almalıdır? Məlum olduğu kimi, həmin qüvvələr elə bu xarakterlərinə görə də cəmiyyətdən dəstək almırlar. Çünki cəmiyyət milli inkişafa və müstəqil dövlətçiliyə qarşı olan, xarici qüvvələrə boyun əyən heç bir siyasi qüvvəni qəbul etmir. Amma bu cür siyasi qüvvələrdən fərqli olaraq Azərbaycan hökumətinin hansısa xarici qüvvə yönümünə meyillənməsini kimsə deyə bilərmi? Təbii ki, yox.
Bu məsələyə münasibətini bildirən millət vəkili, politoloq Aydın Mirzəzadə belə qeyd etdi: “Azərbaycanın müstəqilliyi 1991-ci ildə rəsmən elan edilsə də, faktiki olaraq ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra - 1993-cü ilin 15 iyunundan real müstəqilliyimiz başlayır. Azərbaycanın müstəqilliyi bu gün dövlətimizin apardığı daxili və xarici siyasətdə özünü bariz şəkildə göstərir. Azərbaycan dövləti sırf Azərbaycan mənafeyinə və maraqlarına əsaslanan, müstəqil milli inkişafı hədəfləyən siyasət yürüdür. Əlbəttə, bu, xaricdə müəyyən dairələrin xoşuna gəlməyə bilər. Eyni zamanda, bu xarici dairələrin maraqlarına uyğun hərəkət edən müxalif qüvvələr də Azərbaycan hakimiyyətinə qarşı özlərinin müxalifliyini qabarıq şəkildə və radikal olaraq büruzə verə bilərlər. Bunun üçün müxtəlif adlar altında müxtəlif qurumlarda da bir araya gəlmək cəhdləri var. Doğrudur, bu cəhdlərin hamısı uğursuzdur və cəmiyyətdə dəstəyə malik deyil. Çünki bu cəhdlər milli müstəqil dövlətçiliyimizə qarşı olduğu üçün cəmiyyət tərəfindən rədd edilir. Cəmiyyətimiz bu qüvvələrin antimilli məqsədlərə xidmət etdiyini və milli dövlətçiliyimizə, müstəqil inkişafımıza qarşı olduqlarını yaxşı anlayır. Ona görə də cəmiyyət bu cür qüvvələrə və onların fəaliyyətinə “yox” deyir. Həmin qüvvələr “milli”, “ziyalı”, “el” və sair adlar altında gizlənmələrinə baxmayaraq, antimilli mahiyyətlərini, xarici dairələrin əlində oyuncaq olduqlarını və milli müstəqil inkişafa qarşı dayanmağa cəhd etdiklərini gizlədə, ört-basdır edə bilmirlər. Buna görə də cəmiyyət onları qəbul etmir və bu qüvvələrə antipatiya bəsləyir. Müstəqilliyimiz və milli dövlətçiliyimiz isə öz mədəniyyətimizə, dəyərlərimizə, tariximizə, sərvətlərimizə, bir sözlə, bizim olan hər şeyə sahib çıxmağımızdır. Bütün bizim olanlardan müstəqil şəkildə yararlanmaqla gələcək inkişafımızı özümüzün təyin etməyimizdir. Bütün gələcək inkişafımızı milli maraqlarımıza uyğun olaraq qurmaq bizim müstəqil inkişafımız deməkdir. Çox maraqlıdır ki, dünən və bu gün bu cür milli inkişaf layihələrinin əleyhinə çıxan insanlar bu gün həmin layihələrin müsbət nəticələrindən cəmiyyətlə birgə bəhrələnirlər. Onlar milli inkişaf və müstəqil siyasət strategiyasına qarşı olduqları, hakimiyyəti tənqid etdikləri halda, bu strategiyanın bizə gətirdiyi bütün nailiyyətlərdən yararlanırlar. Bunu isə Azərbaycan cəmiyyəti də sezir və bu da həmin xarici qüvvələrə meyilli müxalif qrupların qeyri-səmimiliyi və nankorluğunu göstərir. Ona görə də əminəm ki, bu seçkidə də Azərbaycan seçicisi milli müstəqil inkişafa, milli dövlətçiliyə səs verəcək. Marionet müxalif qüvvələr anlamalıdırlar ki, bu və ya digər dövlətin dəstəyinə ümid etməklə, heç bir halda Azərbaycanı hansısa dövlətə tərəf meyilləndirmək mümkün olmayacaq”.
Millət vəkilinin sözlərinə görə, milli güc, milli düşüncə və milli resursların hamısı hakimiyyətin tərəfindədir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info