“İş yerlərində “yanğın qrupu” adlanan qruplar olmalıdır”
Tarix: 07.03.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“İş yerlərində “yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqaladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar”. Bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.
O qeyd edib ki, yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartları “Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlənir: “Bu qanunda göstərilib ki, bütün idarə və müəssələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyeklərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmalıdır. Yanğın təhlükəsizliyini təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərsə necə davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. İdarələrdə yanğından mühafizə üçün yanğın “datçik”ləri, yanğın hidranları, yanğın şitləri tam komplekt (yanğınsöndürən balon, bel, balta, lom, qum, qab), yanğınsöndürən balonlar, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə yanğının qarşısını almaq üçün vasitələrdir”.
Ekspert bildirib ki, fövqaladə vəziyyətlərdən yüz faiz sığortalanmaq deyə bir anlayış yoxdur: “Ancaq bu o demək deyil ki hadisədir də, onsuz da olsa olacaq. Lakin onun qabağını profilaktik tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməklə almaq olar. Bunun üçün idarələrdə açıq oddan (zərurət deyilsə) istifadə etməmək, siqareti yanlız təyin olunmuş yerdə çəkmək, idarədə təmir, yenidən qurma işləri aparılarsa yanğın təhlükəsiziliyi qaydalarına riayət etməklə aparmaq, yanğınsöndürməyə qarşı olan bütün vasitə və avadanlıqların işlək olmasını nəzərətdə saxlamaq, yanğın qrupları ilə mütəmadi təlimlər keçmək, təzə işçi işə götürüləndə, yaxud idarəyə kənar şəxs (qonaq) gələndə ona yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlandırmaq lazımdır.
Yanğınların növləri: bərk materialların alışıb yanmasından baş verən yanğın, qaz halında olan maddələrin alışmasındanbaş verən yanğın, maye halında olan maddələrin alışmasından baş verən yanğın, partlamaya meyilli maddərin alışmasından baş verən yanğın və elektrik qısaqapanmasından baş verən yanğın. Bunların hərəsinin özünə uyğun yanğın söndürmə vasitələri və qaydaları vardır. Ona görə idarələrdə texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına riayət olunmalıdır ki bədbəxt hadisələr baş verməsin .
Yaxşı olar ki iş yerlərində, məktəblərdə, metrolarda yanğına qarşı praktik təlimlər keçirilsin və insanlarda fövqaladə vəziyyətdə necə davranmalı olmaları barədə maariflənmə olsun. Bakıda hündürmərtəbəli xeyli sayda binalar vardır. Onlarda yanğın olarsa necə davranmaq lazım olmaları barədə məlumatları olmasa fövqaladə veziyyətdə liftə minəcək, təbii ki işıqları kesirlər həmin vaxtı və bu da bədbəxt hadisəyə gətirib çıxaracaq. Yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə özünüzü və ətrafdakı insanları da təhlükədən qorumuş olursuz”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
16.11.2018
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info