Qəbələdə “Kitabsevərlər klubu” təsis edilib
Tarix: 07.03.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun yaradılması ilə bağlı tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxış edərək kitabın uğurlu gələcəyə aparan yol olduğunu söyləyib.
Tədbirdə klubun üzvləri çıxışlarında layihəni yüksək qiymətləndirərək bunun uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət etdiyini qeyd ediblər.
Mərkəzin mütəxəssisləri Elnarə Hacıyevanın “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” və Ceyhun Əhmədovun “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” mövzusunda məruzələri dinlənilib.
Sonra məktəbin şagirdləri məşhur yazıçı və şairlərin əsərlərini səsləndiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info