Naxçıvan Dövlət Universitetinin heyəti Çankırı Karatekin Universitetində olub
Tarix: 07.03.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Erasmus+ Beynəlxalq Mobillik layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) 6-sı tədris, 7-si təlim olmaq üzrə 13 nəfərlik müəllim və işçi heyəti Türkiyənin Çankırı şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq, xarici ölkələrlə həyata keçirilən layihələrdən danışıb. Rektor ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyinin əsas götürüldüyünü və bu istiqamətdə tələbə mübadiləsinin davam etdirildiyini diqqətə çatdırıb.
Saleh Məhərrəmov qeyd edib ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr seçilib və 1 semestr təhsil almaq üçün 4 tələbə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə, 2 tələbə Penza Dövlət Universitetinə göndərilib. Tələbə mübadiləsinin şərtlərinə uyğun olaraq 4 tələbə isə Naxçıvan Dövlət Universitetinə gəlib.
Müəllimlər Çankırı Karatekin Universitetində ixtisaslaşmış bölmələrdə keçdikləri dərs və treninqlər haqda məlumat veriblər. Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində bələdiyyə və turizm kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Vəliyeva tədris etdiyi dərslərdə bu sahəyə daha ciddi yanaşıldığını diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev qardaş ölkə ilə yanaşı, Sudan və Tacikistandan olan 28 nəfərlik nümayəndə heyətinə Xocalı soyqırımının baş vermə səbəbləri və acı nəticələri barədə məlumat verib.
Treninq üzvləri də rektorluq, idarə heyəti, strateji planlama, kitabxana, İKT və media üzrə müvafiq dərslərdə iştirak etdikləri barədə danışıblar.
Universitetin fortepiano kafedrasının baş müəllimi Fatma Əliyevanın solo konserti, “Sarı gəlin” xalq mahnısı alqışlarla qarşılanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info