ƏƏSMN-də professor Tobi Lonqun iştirakı ilə dəyirmi masa keçirilib
Tarix: 07.03.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru xanım Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla bərabər imkanlara malik olmaları üçün iqtisadi, sosial və hüquqi dövlət təminatları sisteminin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin sosial sahənin inkişafı ilə bağlı siyasətinin bir istiqaməti də bu təbəqələrdən olan insanlar üçün bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib. Ölkəmizdə inklüziv təhsil sisteminin də beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Bu sahədə növbəti proqram kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sistemində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsinin elektron infrastrukturu – Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) barədə məlumat verilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsində vətəndaş-ekspert kontaktı olmadan, obyektivliyə və şəffaflığa təminat yaradan bu elektron sistem eyni zamanda son bir ildə ilkin əlillik təyin olunanların sayının 31 faiz azalmasına imkan verib.
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yönündə aparılan işlər də diqqətə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin edilmələri, onların sosial inteqrasiyası sahəsində aparılan işlər, nazirliyin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri barədə məlumat verilib. Nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa müəssisələrində həmin uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyası sahəsində həyata keçirilən prosedurlar diqqətə çatdırılıb.
Qeyd olunub ki, xanım T.Lonq sağlamlıq imkanları məhdud uşaqlarla iş, xüsusən uşaqlarda sağlamlıq imkanları məhdudluğun qarşısının alınması üçün erkən müdaxilə xidmətləri, uşaq fiziki terapiya sahəsi üzrə beynəlxalq səviyyədə tanınan mütəxəssislərdən biridir. Ölkəmizdə səfərdə olan xanım T.Lonqun iştirakı ilə vacib bir mövzuda belə bir dəyirmi masanın təşkilində məqsəd sağlamlıq imkanları məhdud uşaqlarla iş, onlar üçün inklüzivliyin təmin olunması ilə bağlı onunla müzakirə və məsləhətləşmələrin, təcrübə mübadiləsinin aparılmasıdır.
Xanım T.Lonq Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyası, onların cəmiyyətdəki digər uşaqlar kimi xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində görülən məqsədyönlü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə qeyd olunan uşaqların reabilitasiyası, onların imkanlarına uyğun təhsil almalarına şəraitin yaradılması, uşaqlarda əlillik və inkişafdan geri qalma hallarını mümkün qədər erkən dövrlərdə aşkar etmək və bu halların aradan qaldırılması üçün erkən müdaxilənin əhəmiyyəti, uşaqlarla bağlı fiziki və peşə terapiyası, bu sahələrdə qabaqcıl dünya təcrübəsi və s. ilə bağlı fikir mübadilələri aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info