Komitə xüsusi qayğıya ehtiyacı olan xanımlar üçün aksiya keçirib
Tarix: 07.03.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirib. Komitədən verilən məlumata görə, bu kampaniya çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarına, o cümlədən fiziki məhdudiyyətli qadınlara birbaşa olaraq yaşadıqları ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Komitənin əməkdaşları xüsusi nəqliyyat vasitələri ilə paytaxtla yanaşı, respublikanın bir neçə rayonlarına, o cümlədən qəsəbələrə, ucqar kənd yerlərinə gedərək, yaşlı qadınlara, tənha analara evlərindəcə əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər. Paytaxt üzrə çıxarış alan xanımlar arasında hətta ahıl, 80 yaşdan yuxarı olan qadınlar da olub.Eyni zamanda cəbhə bölgəsində yerləşən rayon sakinləri olan xanımlara birbaşa olaraq ünvanlarında qeydiyyat xidmətləri göstərilib. Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Həmin gün xüsusi qayğıya ehtiyacı olan bir neçə qadınlar da növbəti mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitə əməkdaşlarına təqdim ediblər. Komitənin hüquqşünasları kampaniya çərçivəsində xanımların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvanlarında çatdırılmasından razılıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info