Zərdabın Salahlı kəndində içməli su verilib
Tarix: 07.03.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Zərdab rayonlarında  həyata keçirilən layihələr uğurla yekunlaşıb.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu münasibətlə rayonun Salahlı kəndində açılış mərasimi keçirilib.
 
Açılış mərasimində İcra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib. İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə son illər Zərdab rayonunda mühüm layihələrin həyata keçirildiyini bildirib.
 
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bir neçə il öncə Zərdab şəhərində içməli su layihəsinin yekunlaşdığını bildirib. Sədr müavini Külüllü su mənbəyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, buradan Zərdab şəhərinə çəkilmiş magistral su xətti ətraf kəndlərin içməli su probleminin həllinə töhfə verib. Artıq sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.
 
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin Sərəncamına uyğun olaraq Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Külüllü-Zərdab magistral xətti su mənbəyi seçilib. Magistral xətdən kəndlərə çıxışlar verilərək müxtəlif diametrli  polietilen borularla ümumi uzunluğu 5,7 km su xətləri çəkilib.  Kəndlərdə əhalinin ümumi istifadəsi üçün 17 ədəd bulaq quraşdırılıb. Zərdab rayonunun 3 kəndində icra olunan layihələr 4630 nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
 
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info