Nazirlik: “Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır”
Tarix: 07.03.2018 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır. Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır”.  
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir.  
Qeyd olunub ki, bu baxımdan Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır: “Ölkəmizdə təhlükəsizlik və sabitliyin hökm sürməsi, eyni zamanda xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə qarşı tolerant yanaşması, habelə böyük turizm potensialı Azərbaycanı turizm məkanı kimi daha da cəlbedici edir. Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də yer alıb”.
Bu il fevralın 1-də sözügedən İşçi qrupun ilk iclası keçirilib. İclasda ölkəmizə gələn turistlərin sayında hər il müşahidə olunan artım tempi nəzərə alınaraq turistlərin təhlükəsizliyinin təmin olunması məsələsi diqqət mərkəzinə çəkilib və bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülmüş işlərdən söz açılıb. Nazirlik tərəfindən Strateji Yol Xəritəsinin müvafiq bəndi və hazırkı mərhələdə turistlərin təhlükəsizliyi məsələləri nəzərə alınaraq “Kənd yerlərində yerləşdirmə vasitəsinə qoyulan minimal tələblər. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” standartının layihəsi, həmçinin “Turizm və ekskursiya xidmətləri. Hostellər: əsas kriteriyalar və tələblər” standartının layihəsi hazırlanıb və razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim olunub”.
Nazirlikdən əlavə ediblər ki, Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin edilməsi, bu məsələnin daim nəzarətdə saxlanılması və ölkəmizin imicinin formalaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan istiqamətlər üzrə tədbirlər həyata keçirməkdədir: “Bu tədbirlərin görülməsi turizm məkanı kimi Azərbaycana gələn turistlərin sayının daha da artmasına müsbət təsir göstərəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info