General Sidorovun açıqlaması erməniləri qorxuya salıb
Tarix: 07.03.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Qraçya Qalustyan:” Bizim fikrimizi eşitmək Kreml üçün o qədər də maraqlı deyil”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəsmisinin son açıqlaması İrəvanda ciddi narazılıqla müşahidə edilən narahatlıq yaradıb. Belə ki, rusiyalı general-polkovnik Anatoli Sidorovun «“KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var”-deməsi artıq dünəndən erməni mətbuatının aparıcı mövzularından birinə çevrilib.
Erməni yazar Qraçya Qalustyanın «ArmenianReport» saytında yer alan yazısını da erməni «sədaqəti»nin nümunəsi kimi dəyərləndirmək olar. Yazı elə bu cümlə ilə də başlayır: «Putin Rusiyası üçün müttəfiq yoxdur: onun üçün yalnız düşmən və qullar var».
Diqqəti Rusiyanın son fəaliyyətinə yönəldən erməni müəllif daha sonra yazır: «Suriyada Rusiyanın «An-26» təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 33 sərnişin və 6 heyət üzvü həlak olublar. Həlak olanların əksəriyyəti rus hərbçiləridir. İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub. Rus rəsmilərinin məlumatına görə, yerə çırpılan təyyarədə yanğın baş verib. Belə görünür ki, Rusiya tərəfi «Vagner»in yüzlərlə üzvünün məhv edildiyi kimi, yenə həqiqəti gizlətməyə çalışır. Lakin fakt budur ki, qəzada ölən rusların əksəriyyəti hərbçilərdir.” Yazıda ən ilginc məqam odur ki, Qalustyan rusları işğalçılıqda ittiham edir:” Bunlar Suriyaya, onun şəhərlərini, günahsız insanlarını bombalamağa gələn rus hərbçiləridir. Eyni şeyi, ruslar 2008-ci ilin avqustda Gürcüstanda da həyata keçirmişdilər. Ukraynada isə onlar bu əməliyyatları havadan deyil, quru yolla Donbasda həyata keçirdilər. Bu gün biz ermənilər suriyalı, gürcü və ukraynalı olmağa məhkumuq. Çünki Putinin Rusiyanı hara sürüklədiyi aydındır. O, böyük qanlı müharibəyə hazırlaşır. Bu gün Putin bütün dünyanı dağıdıcı silahla təhdid edir. Putinin bu düyməni basması hər an real görünə bilər. Çünki Rusiya bu gün artıq divara sıxışdırılıb.”
Erməni yazarın bu fikirlərindən bəlli olur ki, o sırf Qərb tərəfdarı olan qrupdandır. Son vaxtlar Ermənistanda belələrinin sayı çoxalıb.Onlar Rusiyanın müsbət işlərini də mənfi kimi qələmə verirlər.
Daha sonra müəllif yazır:”Bununla belə, Putin SSRİ-nin dirçəlişini xəyal edir. İndi Volqoqradı əvvəlki -Stalinqrad adına dəyişmək istəyirlər. Xalq müharibəyə hazırlaşır. Putinin məqsədi SSRİ-nin bütün 15 respublikasını müstəqillikdən məhrum etməkdir. Bəli, NATO-ya üzvü olan Baltikyanı ölkələr də daxil olmaqla. Çox, təəssüf ki, bu da bir reallıqdır. Artıq Ermənistan, ilk olaraq, Putin siyasətinin nəticələrini hiss etməkdədir. Bu gün Rusiya ölkəmizi müstəqillikdən məhrum edə biləcək hər şeylə Azərbaycana kömək edir(?-A.B.). Əslində, 2016-cı ilin aprelində baş verənlərə də Rusiya yaşıl işıq tutmuşdu. Daha sonra o, Azərbaycanı ən müasir silahlarla təmin etməyə davam etdi. Bizim fikrimizi eşitmək Kreml üçün o qədər də maraqlı deyil. Bəli, bu gün Putini Serj Sərkisyan kimi birisi o qədər də narahat etmir. Çünki Sərkisyan də bunun özü üçün necə sonuclancağını yaxşı bilir.
«Dağlıq Qarabağ bu bloka üzv deyil. Ona görə də Xankəndinə təşkilat tərəfindən hər hansı bir hərbi yardım göstərilməyəcək». Bu sözləri KTMT-nin birgə qərargah rəhbəri qeneral-polkovnik Anatoli Sidorov bildirib. Axı o bundan əvvəl başqa «mahnı» oxuyurdu. Təşkilatın erməni xalqına dəstək verəcəyini, onu qoruyacağını bildirirdi. İndi o, əvvəlki sözlərindən imtina edir. Burada Azərbaycandan gözlənilən təhdidin müqabilində müttəfiq kimi tanıdığımız Rusiyadan göstərilən münasibət əksini tapıb. Biz hələ qul deyilik , amma biz artıq düşmənik. Bunu aydın başa düşmək lazımdır»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info