“Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər”
Tarix: 07.03.2018 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.
Tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edirlər. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra qonaqlar simpozium çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan sərgi ilə tanış olublar.
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Bildirilib ki, muğam İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Əsrlərboyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir. Festival çərçivəsində keçirilən simpoziumun işinə uğurlar arzulayan A.Əlizadə tədbirin AMEA-nın həyatında əlamətdar hadisə olduğunu deyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən olduğunu deyib. Nazir xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, qarşıdakı muğam həftəsi çərçivəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bildirib ki, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb.
Muğamın fəlsəfəsindən danışan AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bu musiqi sənətini xalqları və millətləri qovuşduran bir dəyər kimi xarakterizə edib. Akademik ölkəmizdə muğam ilə operanın, cazın və simfonik musiqinin sintezindən danışıb, bunu Azərbaycanın dünya musiqisi xəzinəsinə verdiyi yeni modellər kimi qiymətləndirib.
Tədbirdə Türkdilli Ölkələrin Musiqi Qrupları Şurasının üzvü Quzel Sayfullina, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Beqalinova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran İncəsənət Universitetinin professoru Məhəmməd Azadefar və digər qonaqlar çıxış ediblər.
Simpozium Mərkəzi Elmi Kitabxanada “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları - tarix və müasirlik” adlı bölmələrdə muğamın aktual məsələlərinə dair müzakirələrlə davam edib. Qeyd edək ki, martın 9-da simpozium çərçivəsində AMEA-nın Gəncə Bölməsində də tədbir keçiriləcək. Beynəlxalq simpozium işini martın 10-da yekunlaşdıracaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info