Biləsuvarda 100 yaşdan yuxarı qadınlarla görüş keçirilib
Tarix: 08.03.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 8 mart-Beynəlxalq Qadınlar bayramı ərəfəsində rayonda yaşayan 100 yaşdan yuxarı 4 nəfər xanımın evinə baş çəkilərək onların bayramları təbrik edilib. Yaşlı nəslin təmsilçiləri olan xanımlarla görüşən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova onların səhhəti və yaşayış vəziyyəti ilə maraqlanıb. Onların bayramını təbrik edən L.Yüzbaşova bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan yaşlı insanlara həmişə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev onların layiqli dövlət himayəsi ilə əhatə olunmasının mükəmməl nümunəsini yaradıb. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” qanun qəbul edilib. Ölkə Prezidentinin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır. L.Yüzbaşova bildirib ki, rayonumuzda da Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin rəhbərliyi ilə ahıl və yaşlı insanlara daim diqqət və qayğı göstərilir, yaşlı insanların sağlamlığının qorunması və onların problemlərinin həll olunması üçün müvafiq dövlət qurumları ilə birlikdə addımlar atılır. Görüş zamanı yaşlı xanımlarımızın səhhəti bir daha yoxlanılıb və Biləsuvar Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info