200 qadın diplomatımız var
Tarix: 08.03.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına Seçki Hüququ verilməsinin 100 illiyi” münasibəti ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, tədbirdə “Azərbaycan Xalq Cumhuriyyəti – dövründə qadınlar” adlı film nümayiş olunub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirib. Azərbaycan elminin və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub. Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 23 ay yaşamasına baxmayaraq, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox dünya ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. H. Hüseynova bildirib ki, son 26 il ərzində Azərbaycan qadınları milli azadlıq hərəkatı, Qarabağ müharibəsi və dövlət quruculuğunda yaxından iştirak ediblər. Onun sözlərinə görə, dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 29,2 faizdir: "79 Rayon İcra Hakimiyyəti başçısının müavini, 2 səfir, 200 nəfər diplomat, 61 hakim, 26 notarius qadındır". Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır: "Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Ulu öndər Heydər Əliyev istər sovet vaxtı, istərsə də müstəqillik zamanı Azərbaycana rəhbərlik edərkən ölkə sürətlə inkişaf edib. Ümummilli lider Azərbaycan qadınlarının qayğısına qalıb, onları dövlət və hökumət işlərində daima irəli çəkib”. Daha sonra ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info