Qəmbər bu halında 15 il əvvəli xatırlayırmı?
Tarix: 08.03.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Ankaradakı Hacettepe xəstəxanasının nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur. BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib. Bölümdən məlumat veriblər ki, 3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib: "Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq". Xəstəxananın həkimləri İsa Qəmbərin ümumi sağlıq durumunun "yaxşı" olduğu qənaətindədirlər. Lakin bununla belə, İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı var. "Bakıda beyin qanaması keçirib. Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır, şüuru yerindədir, yeməyini yeyir, hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə onun istirahət etməsi lazımdır"- deyə, mənbə əlavə edib. "İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır" sualına Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib: "Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar kontrol müayinəsi aparılacaq". İnsan həyatı elədir ki, xəstəlik, ölüm onun tərkib hissəsidir. Amma insanın xəstəliyinə, ölümünə sevinmək ən azı etikasızlıq, milli-mənəvi dəyərlərdən uzaq yanaşmadır. İsa Qəmbərin bu xəstəliyi yada 2003-cü ili salır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səhhətində problem yaranan vaxt İsa Qəmbər və onun başçılıq etdiyi qaragüruh heç bir əxlaq normaları, milli dəyərlərlə bir araya sığmayan münasibət ortaya qoydu. İsa Qəmbər və ətrafındakı bir qrup qaragüruhçu dəstə ulu öndərin xəstəliyinə sevinir, nəzarətlərində olan media orqanlarında sosial əxlaq normaları ilə bir araya sığmayan məqalələr tirajlayırdılar. Cəmiyyət onların bu münasibətini nifrətlə qarşılayırdı. Bizim milli-mənəvi dəyərlərimizdə, mentalitetimizdə kiminsə xəstəliyinə sevinmək heç vaxt olmayıb. Amma İsa Qəmbərin başında dayandığı qaragüruhçular belə düşünmürdü. Onlar adi insani normaları belə, heçə sayaraq ancaq hakimiyyəti ələ keçirmək sevdasında idilər. Həmin dövrün mediasını izləyənlər iyrənc qəzet başlıqlarını yəqin ki, yaxşı xatırlayırlar. Onlar düşünürdülər ki, ulu öndərdən sonra dövləti istila etmək onlar üçün çox asan olacaq. Amma belə olmadı. Heydər Əliyevin qurduğu dövlət sağlam əsasları olan güclü dövlət olduğunu sübut etdi. İllər keçdi və həyat bu dəfə İsa Qəmbər üçün xəstəlik zəngi səsləndirdi. 15 il əvvəl hakimiyyəti ələ keçirmək üçün əxlaq normalarından uzaq davranış ortaya qoyan İsa Qəmbərlə bağlı kimsə bu davranışı təkrarlamır. Talenin hökmünə baxın ki, İsa Qəmbərin həyatını kritik vəziyyətdən məhz ulu öndərin yaratdığı xəstəxana çıxarıb. Bakıdakı ən yaxşı xəstəxanalardan birində müalicə alan Qəmbər indi də Türkiyədə müalicə olunur. Amma heç kim onunun və ətrafındakı qaragüruhun 15 il əvvəl ortaya qoyduğu davranışı təkrarlamır. Görəsən, Qəmbər bu halında 15 il əvvəli xatırlayırmı?
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info