“Azərbaycanın maarifçi qadınları“
Tarix: 08.03.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov çıxışında bildirdi ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə bu il fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O. Səmədov qeyd etdi ki, müsabiqənin nəticəsi olaraq dərc edilən toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.
“Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd etdi ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür. Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu söyləyən S. Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiklərini vurğuladı. O, ötən əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən “Nina” qız məktəbini, onun təsisçisi Hənifə Məlikovanın fəaliyyətini xatırladaraq qadınların ölkə həyatında tarix boyu fəal rolundan danışdı: “Azərbaycanda indi söz azadlığı var. Dünya qloballaşıb, informasiya ilə işləmək imkanları genişlənib, hazırda imzanın görünməsi daha asandır. Bizim qadınlarımızın dünyadakı qadınlardan bir fərqi də onların mübarizliyidir. Vaxtilə çadraya bürünən qadınlar öz sağlamlıqları bahasına, bəzən ölüm təhlükəsi altında maarifçilik ideyalarını yaymaqla məşğul olublar. Azərbaycan qadını türk mənəviyyatı, islami dəyərlərə bağlılığı ilə seçilir. Bu il ADR-in 100 illik yubileyidir, bu böyük zaman kəsiyində Azərbaycan qadınının keçdiyi tarixi yol şərəflidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyəri xüsusi vurğulamaq istərdim. Vaxtilə onun xaricə təhsil arxasınca göndərdiyi gənclərin əksəriyyəti qadınlar olub. Ulu öndər dövlətçilik təfəkkürünün oyanması üçün qadınlarımıza şərait yaradırdı. Onun ikinci dəfə hakimiyyətə qayıdışından da sonra bu missiya davam etdi. Azərbaycanda hətta qadınlarla bağlı dövlət komitəsi də formalaşdı. Bu gün ölkənin Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı ölkədə qadın siyasətinin önəmli sahələrdən biri olduğunu göstərir”. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirdi ki, informasiya əsrində hansı xalq daha çox elmə əsaslanırsa, qabaqcıl xalqlardan hesab olunur: "Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır. Ölkədə mövcud jurnalistlərin 60 faizi qadınlardır. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir".Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli qadınlar arasında keçirilən müsabiqənin çox təqdirəlayiq olduğunu bildirdi.O qeyd etdi ki, indiyə kimi müsabiqələrdə bu mövzuya toxunulmayıb. Müsabiqədə cəmi 26 jurnalist iştirak edib: “Gələcəkdə daha çox qadının iştirak edəcəyini düşünürəm. Yazılardan hazırlanan kitabın əhəmiyyəti də böyükdür. Hesab edirəm ki, bu ənənə davam etdiriləcək və müsabiqəyə qatılan jurnalistlərin sayı çox olacaq”.Daha sonra tədbirdə “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,
"APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, jurnalist, şairə, publisist Telli Pənahqızı və digər şəxslər çıxış etdilər. Tədbirdə “Azərbaycanın maarifçi qadınları” toplusu təqdim olundu. Nəşrdə akademik Zərifə xanım Əliyeva, şərqşünas alim Aida xanım İmanquliyeva, Pəri xanım Topçubaşova, Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Sara xanım Aşurbəyli, Sona xanım Tağıyeva, Məryəm xanım Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.Sonda qaliblərə mükafatlar təqdim edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info