Rusiya-Türkiyə yaxınlaşması regionda yeni vəziyyət yaradır
Tarix: 08.03.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Apreldə Türkiyəyə səfər edəcək Putin: "Rusiya Türkiyə ilə yaxşı münasibətlər qurulmasında maraqlıdır"
Aprelin 4-də İstanbulda Suriya məsələsi üzrə üçtərəfli Türkiyə-Rusiya–İran sammiti keçiriləcək. Anadolu Agentliyi xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə təşkil olunacaq zirvə görüşündən bir gün əvvəl - aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq. Prezident Vladimir Putin əvvəlcə şura iclasına, sonra isə liderlərin zirvə görüşünə qatılacaq. Sammitin əsas müzakirə mövzusunun Suriya məsələsi olacağı gözlənilir. Görüşdə digər regional məsələlərin də müzakirəsi planlaşdırılır. Xatırladaq ki, 2017-ci il noyabrın 22-də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Soçidə keçirilən zirvə görüşündə Suriyada terrorla birgə mübarizədə nəzərəçarpacaq uğur qazandıqlarını və bu ölkədəki böhranın nizamlanması üçün yeni mərhələnin başladığını bəyan etmişdilər. Bu prosesdə növbəti addım yanvarın 30-da Suriya Milli Dialoqunun Soçi şəhərində keçirilən konqresi olub. Konqresdə konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşdırılması barədə qərar qəbul edilib. Qeyd edək ki, Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi fonunda Ankara-Moskva xəttində aktivlik müşahidə edilir. Elə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında növbəti telefon danışığı da bunu təsdiqləyir. “RİA Novosti”nin xəbərinə görə, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər. “Prezidentlər Suriyadakə vəziyyəti, xüsusən də Şərqi Quta bölgəsində yaşanan humanitar faciəni müzakirə ediblər. Onlar BMT TŞ –in qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi istiqamətində göstərilən səylərin və bölgəyə humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd ediblər” - deyə, xəbərdə bildirilir. Telefon danışığı zamanı Ərdoğan Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb: “Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər. Ərdoğan həmçinin Suriyada 40-dək hərbçinin ölümü ilə nəticələnən “AN-26” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı V.Putinə başsağlığı verib. “RİA Novosti”nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva Türkiyə ilə əlaqələrinin yaxşı olmasında maraqlıdır: “Türkiyə böyük ölkədir, bizim qonşumuzdur. Əsrlər boyu Türkiyə ilə fərqli münasibətlərimiz olub. Biz Türkiyə ilə yaxşı münasibətlərimizin olmasında maraqlıyıq”. Ankara-Moskva yaxınlaşması fonunda Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman antitürkiyə açıqlaması ilə gündəmə gəlib. Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Türkiyə, Qətər və İranı terrora dəstək olmaqda günahlandırıb. Türkiyə mətbuatının məlumatına görə, vəliəhd Misirə ilk ziyarəti zamanı media nümayəndələri qarşısında çıxış edərkən Türkiyə, Qətər və İranı "Şərin təbliğatçısı" elan edib. "Əl Cəzirə" və "CBS Ərəb" telekanallarının yayımladığı xəbərə əsasən, Məhəmməd ibn Salman ərəb ölkələrinin qarşılaşdığı terror problemi barədə açıqlama verərkən İran, Türkiyə və Qətəri "şeytan üçbucağı dövlətləri" adlandırıb. "Bu ölkələr ərəb dünyasının təhlükəsizliyinə böyük təhdiddir. Ərdoğan "Osmanlı" və "müsəlman qardaşlığı" ifadələri ilə sultanlıq qurmaq, İran isə öz dini ideologiyasını yaymaq istəyir" - deyə, o bildirib.
Anar Miriyev

Ermənistanın İrana da qarşı ərazi iddiaları var
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir. Qonşularına qarşı irəli sürülən ərazi iddiaları bəzən qabardılır, bəzən isə arxa plana keçirilir. Martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalandı. Sənədə əsasən İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql etməlidir. Sənədin imzalanmasından bir az vaxt keçən kimi Ermənistan mətbuatı Urmiya gölünün qurumasının “qayğısına” qalaraq yazdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür. Sonra qeyd edildi ki, “Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir” (http://ru.1in.am/1160524.html).
Erməni mətbuatı yazır ki, qədim zamanlarda İranın bu əraziləri “böyük Ermənistana” məxsus idi. Ermənilərin hazırladıqları qondarma xəritədən də görünür ki, digər qonşu dövlətlər ilə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir. Qədim tarixdə İranın böyük ərazilərdə imperiya qurması məlumdur. Lakin “böyük Ermənistan”ın mövcudluğu tarixçilərə məlum deyil. Erməni mətbuatı açıq şəkildə rəsmi Yerevanın İrana qarşı ərazi iddiası olması faktını ortaya qoyur. Lakin Ermənistan bu iddianı özbaşına irəli sürmür. Regionda böyük qüvvələrin sifarişini yerinə yetirərək müstəqil xarici siyasət apara bilməyən Ermənistan bilir ki, İran sərhədləri tam bağlasa ölkədə aclıq başlayacaq. İranın gücü qarşısında Ermənistanın acizliyini isə sübut etməyə ehtiyac yoxdur. Lakin Ermənistanın düşdüyü iqtisadi məngənə onu ehtiyatlı davranmağa məcbur edir. İmkan yaranan kimi erməni siyasətçilər İrana qarşı ərazi iddialarını açıq şəkildə irəli sürəcək və kömək üçün arxalandıqlarına, daha doğrusu, onları buna sövq edənlərə müraciət edəcəklər. Bəzi siyasi dairələr regionda Ermənistanı ona görə qoruyur ki, lazım gələndə onun vasitəsilə digər dövlətlərə təsir göstərib siyasətlərində dəyişikliyə nail ola bilsinlər. Ermənistan mətbuatında İrana qarşı ərazi iddialarının irəli sürülməsi haqqında indiyədək çoxlu material dərc olunub.


Rusiya təyyarəsində həlak olmuş 39 hərbi qulluqçudan 27-si zabit olub
Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyanın qəzaya uğramış “An-26” təyyarəsində 27 zabit, o cümlədən bir general-mayor, 26 müxtəlif rütbəli zabit, habelə praporşik və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub. Təyyarənin qəzaya düşməsi nəticəsində ümumilikdə 39 nəfər, o cümlədən 6 ekipaj üzvü və 33 hərbi qulluqçu ölüb. Təyyarədə mülki şəxs olmayıb. TASS xəbər verir ki, qəzanın səbəbi, ilkin məlumata görə, texniki nasazlıq ola bilər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.


Küveytli nazir: “Qiymətin sabitliyi istehlakçılar və istehsalçılar üçün çox vacibdir”
“Neft bazarında qiymət sabitliyinin yaranması həm istehlakçılar, həm də istehsalçılar üçün çox vacibdir”. Bu barədə Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında Küveytin neft naziri Bakheet Al-Rashidi deyib. O qeyd edib ki, “Əməkdaşlıq Bəyannaməsi” haqqında sazişin tətbiq edilməyə başladığı 2017-ci ilin əvvəlindən etibarən Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) düzgün yolda irəliləyir. Müqavilə qlobal neft bazarında tədarükün azaldılmasına kömək edir. Qlobal iqtisadi artım da neft tələbatına müsbət təsir göstərir. “Neft bazarında qiymət sabitliyi həm istehlakçılar, həm də istehsalçılar üçün çox vacibdir. Neft sektorundakı layihələr üçün dəyişkən olmayan qiymətlər mühüm əhəmiyyət daşıyır. Bəzi layihələr 5 və ya 7 il davam edə bilər. Nəticə etibarilə qiymətdə sabitliyin yaranması üçün birgə səylərə ehtiyac var” - deyə nazir əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info