Azərbaycanda ilk dəfə olaraq göldə nərə balığı yetişdirilməsinə başlanılıb
Tarix: 08.03.2018 | Saat: 06:52:00 | E-mail | Çapa göndər


Göyçay rayonundakı Yekəxana gölündə yaradılan balıqçılıq təsərrüfatının qeyri-adi formada balıq yetişdirmə üsulu hamının marağına səbəb olub. Xarici təcrübə əsasında Azərbaycanda ilk dəfə olaraq qiymətli nərə balığının bu göldə quraşdırılan səbətlərdə yetişdirilməsi təcrübəsi müsbət nəticə verib.
Göldə təbii yolla yetişdirilən və hazırda birinin çəkisi 3 kiloqramdan çox olan on minlərlə nərə balığı yaxın vaxtda satışa çıxarılacaq. Balıqlar xarici ölkələrdən gətirilən və yerli istehsal olan vitaminlərlə zəngin yemlə bəslənilir. Nərə və farel balıqlarının yetişdirilməsi üçün gölün ortasında hər biri 25 kvadratmetr olan 100 ədəd səbət qurulub. Hər səbətdə 4500-ə yaxın balıq bəslənilir.
“Kənd” MMC adlı balıqçılıq təsərrüfatının icraçı direktoru Asif İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dünya bazarında yüksək valyutaya satılan və nəsli kəsilmək üzrə olan nərə balığının ölkəmizdə sayının artırılması üçün tədbirlər görülür. Göyçaydakı balıqçılıq təsərrüfatı bu il 120 ton nərə balığı və 2 ton qara kürü istehsal etməyi qarşıya məqsəd qoyub. Burada yetışdirilən nərə balığı yerli bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Qeyd edək ki, ümumi ərazisi 360 hektar olan Yekəxana gölündə nərə və farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Bir çox balıqçılıq təsərrüfatlarında süni hovuzların suyunun tez-tez dəyişdirilməsi vacib olsa da, Yekəxana gölündə buna ehtiyac yoxdur. Çünki gölün suyu zəngin tərkibə malikdir və təbii şəkildə axar su yolları ilə təmizlənir. Hovuzda bəslənilən balıqlara təkcə süni yemlər verildiyi halda, göldəki balıqlar həm də təbii yolla, yəni sudakı xırda canlılar və kiçik balıqlarla qidalanır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info