Tərtərdə Beynəlxalq Qadınlar Günü təntənəli mərasimlə qeyd olunub
Tarix: 08.03.2018 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifədə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətilərinə görə 6 qadın “Əməkdar Müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtər rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Bayram süfrəsi arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, şəhid anaları, ağbirçəklər iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyi, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, onların fədakar əməyinin yüksək qiymətləndirildiyi, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyi, orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid anaları və ağbirçəklərə hədiyyələr, dövlətimizin başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktor əvəzi Həqiqət Həşimovaya və Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Şöhlə Mənafovaya mükafat təqdim edilib.
Çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Rayon mədəniyyət evinin hazırladığı rəngarəng musiqi nömrələri tədbiri daha da rövnəqləndirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info