Masallı və Lerikdə Beynəlxalq Qadınlar Günü bayram sevinci ilə qeyd olunub
Tarix: 09.03.2018 | Saat: 02:03:00 | E-mail | Çapa göndər


8 Mart-Beynəlxalq Qadınlar Günü ölkəmizin bütün regionlarında olduğu kimi, cənub bölgəsində də bayram sevinci ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov qadınları əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında böyük rol oynadığını vurğulayan R.Bağırov qadınlarımızın öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Bu gün Prezident İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, qadınlar təhsildə, səhiyyədə, idarəetmə orqanlarında və digər sahələrdə müxtəlif vəzifələrə irəli çəkilirlər.
Diqqətə çatdırılıb ki, Lerik rayonunda da müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərirlər. Onlardan bir neçəsinin fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi, o cümlədən bayram ərəfəsində Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayevanın Prezidentin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsi ölkə rəhbərinin qadınlarının əməyinə verdiyi qiymətin bariz nümunəsidir.
Tədbirdə “Tərəqqi” medalı Dilarə Fətullayevaya təqdim edilib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara qiymətli hədiyyələr verilib.
Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova və aparatın məsul işçiləri rayonda yaşı 100-ü ötmüş nənələrə baş çəkərək bayram sevincini onlarla birgə yaşayıblar.

X X X

Masallı şəhərində 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan danışıb.
Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyası həyatında oynadığı rolunu yüksək dəyərləndirən R.Hüseynov müstəqil ölkəmizdə zərif cinsin nümayəndələri üçün yaradılan hərtərəfli imkanlardan söz açıb.
O, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən yüksək keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini xüsusi olaraq vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.
Mərasimdə çıxış edən Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Masallı Regional “ASAN xidmət”in əməkdaşı Zeynəb Məmmədova, Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin anası Sehranə İbrahimova və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışıblar.
Tədbir konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info