Politoloq müxalifətin REAL-ı daşa basmasını qınadı
Tarix: 09.03.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Elxan Şahinoğlu: “REAL mitinqlərə qatılanda yaxşı təşkilat idi, mitinqlərə qatılmamaq qərarı verəndə oldu pis təşkilat?”
Son zamanlar prezident seçkilərinə görə xaricdə peyda olan bəzi müxalif gənclər və ya müxalifətə, siyasətə aidiyyəti olmayan şəxslərin söyüş, təhqir dolu aksiyaları, ölkəni, milli mənəvi dəyərlərimiz aşağılayan videogörüntüləri çoxalıb. Cəmiyyətdə bu tip adamlar mənfi qarşılanmaqla yanaşı, onlara qarşı aqressiyada formalaşıb. Elə ziyalılarımız, siyasət adamları da belə mübarizə üsulunu tənqid edirlər. Politoloq Elxan Şahinoğlu müxalifətin bu cür siyasi xətt tutmasını yalnış addım adlandırır. O deyir ki, müxalifətin mitinqə görə öz aralarında düşmən düşmələri də anormal haldır. O deyir ki, söyüş və təhqirin mübarizə formasına çevrilməsi isə təhlükəli amildir, xaricdən dövlət başçısını təhqir etmək böyük yanlışdır: “Qayıdaq daxildəki duruma. “Milli şura” 10 marta mitinq təyin edib. Bu onun hüququdur. Ancaq bu hüquq başqalarının hüququnu aşağlamaq anlamına da gəlməməlidir.
REAL mitinqlərə qatılanda yaxşı təşkilat idi, mitinqlərə qatılmamaq qərarı verəndə oldu pis təşkilat? Demokratiya hər bir fərdə və hər bir təşkilata özgür qərar verməyi təlqin etmirmi? Mübarizə demokratiya uğrundadırsa, REAL-a edilən hücumların demokratiya ilə əlaqəsi yoxdur. Əgər bir təşkilat mitinqə qatılmamaq barədə qərar veribsə o niyə söyülməli, təhqiredici ittihamlarla üzləşməlidir? Bunun nəyi demokratiya və fikir azadlığına hörmət oldu? REAL rəhbərliyi bəyanat verib ki, Hərəkatın üzvləri “milli şura”nın mitinqinə qatılıb-qatılmamaq qərarında sərbəstdirlər. Daha bundan artıq nə deməli idilər? Və ya “Ağ Partiya” müxalifət deyil” fikri sadəcə ona əsaslanır ki, bu partiya Milli Şuradan fərqli olaraq seçkiləri boykot etməyib. Niyə etməlidir? Niyə Sizin "plan" üzrə hərəkət etməlidir? Yeni yaranmış partiyadır və özlərini seçkidə sınamaq istəyirlər. Bundan sadə nə ola bilər? Partiyanın elə əsas məramı müxtəlif seçkilərdə iştirak etməkdir. Azərbaycanda müxtəlif illərdəki prezident seçkilərindəki boykotun kimə nə xeyri oldu?”
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info