Dünya mediası Azərbaycanın ovçuluq turizmindən yazır
Tarix: 09.03.2018 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan brendi” layihəsi çərçivəsində peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlı ilə müsahihə dünyanın bir çox ölkələrinin nüfuzlu internet portallarında və qəzetlərində geniş miqyasda dərc edilib. Fəqrli-fərqli başlıqlarda çap olunan yazıda qeyd olunur ki, həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. Müsahibədə ovçuluğun sirrlərindən danışılır və peşəkar ovuçuların ova gedərkən nəyə diqqət etməli olduğu məqamlara toxunulur: “Ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır. İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var”. 
Qeyd edilən müsahibə Misirin ən məşhur qəzeti olan “Əl-Əhram”ın portalında yayımlanıb. Həmçinin müsahibə Qırğızıstanın “Erkintoo” rəsmi dövlət qəzetinin saytında dərc edilib. Bununla yanaşı, yazını Qırğızıstanın “Kabar” dövlət xəbər agentliyi türkcə, “Goldenbridgenews.com” agentliyi isə ingiliscə yayımlayıb. Eyni zamanda Qazaxıstanın “Ttjk.kz” saytında da bu müsahibə yerləşdirilib. Türkiyənin “Göktürk” qəzeti də öz səhifəsində müsahibəyə yer ayırıb.  Müsahiə Rusiya azərbaycanlılarının vahid informasiya portalı “AzRu.org”da da verilib.
Müxtəllif dillərə tərcümə olunmuş bu müsahibədə dünya şöhrətli ovçuların Azərbaycana gəlib ov etməsindən də danışılır: “15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Elə son gələnlərdən biri İsveç futbolçusu Zlatan İbrahimoviç idi. Yəni dünyada başqa tanınmış çox insanlar var ki, Azərbaycanda gəlib ov edirlər”. Faiq Babanlı müsahibədə Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Qeyd: İnsan kapitalı üzərində brendləşməyə xidmət edən “Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir. Layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır. 


Xarici medianın linkləri aşağıdakılardır:
http://gate.ahram.org.eg/News/1835993.aspx#.WpxD6PBwFko.facebook
http://erkintoo.kg/koom/p/vsemirno-izvestnyj-ohotnik-faig-babanly-v-azerbajdzhane-ya-sozdal-zhivuyu-kollekciyu-iz-zhivotnyh-na-kotoryh-ya-ohotilsya-v-bolee-chem-80-stranah-foto
http://kabar.kg/tur/news/dunyada-benim-gibi-y-rt-c-hayvan-av-yapanlar-cok-az/
http://www.goldenbridgenews.com/im-hunting-at-the-most-dangerous-wildery-where-no-human-foot-was-set-before/
http://ttjk.kz/2018/02/24/faig-babanly-ohotnik-dolzhen-obladat-silnym-predchuvstviem-i-energiej/ 
http://azru.org/vsemirno-izvestnyj-ohotnik-faig-babanly-dlya-povysheniya-interesa-k-azerbajdzhanu-v-mire-na-perednij-plan-nuzhno-vydvinut-chelovecheskij-faktor/

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info