İsa Qəmbərin səhhətinin pisləşməsi xəbərini “milli şura” tərəfdarları sevinclə qarşılayır
Tarix: 09.03.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Əli Kərimlinin “adamları” sosial şəbəkələrdə İsa Qəmbərin əleyhinə çoxsaylı rəylər yazırlar

Bir müddət öncə Bakıda xəstəxanaya yerləşdirilən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin səhhətində ciddi problem olmadığı açıqlansa da, bu açıqlamanın yalan olduğu üzə çıxdı. Açıqlamanı partiya rəhbərliyi vermişdi, Arif Hacılı isə İsa Qəmbərlə xəstəxanada fotosunu paylaşaraq hər şeyin əla olduğunu yazmışdı. Amma məsələ ilə bağlı qaranlıq məqamlar bir-bir üzə çıxır. Belə ki, bir neçə gün öncə partiya tərəfindən İsa Qəmbərlə bağlı nələrinsə gizlədildiyi bəlli oldu. Məlum oldu ki, yenidən müalicə almaq qərarına gələn İsa Qəmbər bu dəfə bunu xaricdə- Türkiyədə, Ankaradakı Hacettepe xəstəxanasında edir. Həmçinin xəstəxananın nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur.BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər "fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib".Bölümdən məlumat veriblər ki, İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib."Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu", -deyə mənbə bildirib.Xəstəxananın həkimləri İsa Qəmbərin ümumi sağlıq durumunun "yaxşı" olduğu qənaətindədirlər.Lakin bununla belə, İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı var.
BBC-nin yaydığı məlumatdan bəlli oldu ki, İsa Qəmbərin səhhəti ilə bağlı problemi ciddidir.Buradan da belə bir qənaətə gəlmək olar ki, Arif Hacılı və ümumilikdə Müsavat partiyasından İsa Qəmbərinvəziyyətinin yaxşı olması ilə bağlı olan açıqlamalar onun durumunun kritik olmasını gizlətməyə xidmət edir. BBC Azərbaycancanın belə bir açıqlama alıb, siyasətçinin durumunun kritik olması ilə bağlı xəbər yayması, Müasavatın gizlətdiyi məqamları üzə çıxarmış oldu.

Əli Əliyev:”Gözümüzün qarşısında yaxın tariximizin təhrifi, faktların manipulyasiyası baş verir. Bunu ki, edən YAP deyil”


Bu arada İsa Qəmbərlə bağlı Türkiyədən gələn bu gözlənilməz açıqlama müxalifətdə, o cümlədən partiya daxilində də ciddi söz-söhbətlərə səbəb olub. Partiyanın fəal üzvləri sosial şəbəkələrdə açılan müzakirələrdə onun qayıtmayacağını, bəziləri isə lap yataq xəstəsi olsa belə, ölkəyə gələcəyini deyirlər. Bəzi partiya fəalları isə eks-başqanın səhhəti ilə bağlı durumun gizlədilməsini qınadıqlarını bildriirlər. Hətta bir qrup şəxs üç gün öncə Arif Hacılının İsa Qəmbərlə bağlı paylaşdığı yeni səs yazısının onun durumunun kritik olmasından xəbər verdiyini iddia edir. Çünki videogörüntü deyil, məhz səs yazısı paylaşılıb. “Görünür İsa Qəmbərin taqətsiz halını partiya üzvlərinə göstərmək istəmirlər”-deyə iddia olunur.
Məsələnin digər tərəfi isə İsa Qəmbərin ağır durumda olmasının onun müxalifət düşərgəsində əsas rəqibi olan “milli şura”dakılar tərəfindən sevinclə qarşılanmasıdır. Belə olmasaydı, AXCP üzvləri və digər “milli şura” tərəfdarları İsa Qəmbər haqqında aşağılayıcı sözlər deməzdilər. Ağır durumda olan, müalicəsi ağır şərtlərlə davam edən bir siyasətçiyə xoş sözlər demək əvəzinə, cəbhəçilər sosial şəbəkələrdə onu keçmişdə etdiyi siyasi səhvlərinin cəzasını çəkməsi ilə qınayırlar. Hətta bəzi siyasətçilər İsa Qəmbərin yanvar ayında 1990-cı il 6-7 yanvar tarixli AXC 3-cü konfransı barədə xatirələrini paylaşmasının cəzasını çəkdiyini də deyirlər. Xatırladaq ki, iki ay öncə İsa Qəmbər bu məsələylə bağlı öz xatirəsini paylaşaraq bir sıra gözlənilməz məqamlara toxunmuşdu, müxalifətlə, o dövrdə hakimiyyətdə olanlarla bağlı bəzi məsələləri ortaya qoymuşdu. Cəbhəçilər suallar yağdıraraq yazırlar ki, seçki ilində İsa Qəmbəri belə həssas mövzulara müraciətə sövq edən nə idi? Müxalifətin ayrılma nöqtələrini ictimai müzakirəyə təklif etmək nəyə və kimə lazım idi? Uzun susqunluqdan sonra belə aşkarlıq seçki ilində lazım idimi? “Təbii ki, bu sualları yalnız İsa Qəmbər düzgün cavablandıra bilər, amma hazırda o videogörüntü ilə ortaya çıxa bilmir, nəinki sualı cavablandıra... Günahının cəzasıdır, tez zamanda çəkdi”- deyə cəbhəçilər yazırlar. Hətta həmin məşhur statusa cavab olaraq Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev sosial şəbəkələrdə kəskin şəkildə etiraz statusu yazmışdı: “İsa bəy xatirələrində bir sıra məsələləri ustalıqla ya təhrif edir, ya da məharətlə üstündən keçir. Danışdıqlarında bir sıra həqiqətlər də mövcuddur, sözsüz. Həmin hadisələrin ictimailəşməsi baş tutarsa, Azərbaycanın müstəqillik yolunda kimlərin nə danışdığını, siyasi uzaqgörənliyini, iç dünyasını, xidmətlərini, fədakarlığı və qorxaqlığını, cəsarət və riyakarlığını aşkar şəkildə dəyərləndirmək mümkün olacaq. 

“Bir kəlmə də İsa bəyin açıqlamaları barədə demək istəyirəm. İsa bəy mənim düşərgə yoldaşım olmaqla yanaşı, həm də potensial rəqibimdir. Xatirələrə dalması məni məyus etdi. Görünür, yaşlanıb. Sentimental hislərin baş qaldırması, keçmişə istinad, orqanizmin fizioloji durumunu əks etdirir. Tibbi bir az bilən birisi kimi deyirəm ki, bu dövrə siyasətçilərdə memuar çağı deyilsə də, elmdə buna bioloji qocalıq deyirlər”.

Gözümüzün qarşısında yaxın tariximizin təhrifi, faktların manipulyasiyası baş verir. Bunu ki, edən YAP deyil. Təklifim var. Həmin tarixi konfransın video materialları yəqin ki, kimlərdəsə var. Birinin Pənah Hüseyndə olduğunu dəqiq bilirəm. Dediyinə görə 12 kasetdir. Ola bilsin ki, başqalarında da var. Xahiş edirəm, o proses haqda cəmiyyətin, xüsusən, yetişən gəncliyin dolğun biliklərə malik olması üçün video materialları yayın. Həmin hadisələrin subyektivlik çətirindən çıxarılması üçün ən qısa yol məhz budur. Bu materiallar da KQB arxivləri deyil ki, gizlədirsiniz. Həmin arxivləri gizlədəndə deyirdiniz ki, cəmiyyət bir-birinə dəyər. İndi nə deyəcəksiniz?
Bir kəlmə də İsa bəyin açıqlamaları barədə demək istəyirəm. İsa bəy mənim düşərgə yoldaşım olmaqla yanaşı, həm də potensial rəqibimdir. Xatirələrə dalması məni məyus etdi. Görünür, yaşlanıb. Sentimental hislərin baş qaldırması, keçmişə istinad, orqanizmin fizioloji durumunu əks etdirir. Tibbi bir az bilən birisi kimi deyirəm ki, bu dövrə siyasətçilərdə memuar çağı deyilsə də, elmdə buna bioloji qocalıq deyirlər”.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info