Məktəblilər arasında mühəndislik və robototexnika yarışı təşkil olunacaq
Tarix: 09.03.2018 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı ilə mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “LEGO” şirkəti və “FIRST” təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il ABŞ-da təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfələr verməyə həvəsləndirməkdir.
Hər il dünyanın 88 ölkəsində yarım milyon məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Builki yarışın mövzusu “Hidrodinamika”dır. FLL çərçivəsində dörd məktəblidən ibarət olan 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla dörd kateqoriya üzrə gücünü sınayacaq.
İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Yarışın mütləq qalibi olmuş komanda cari ilin iyun ayında Estoniyanın paytaxtı Tallində təşkil olunan FLL yeniyetmələr üçün beynəlxalq açıq çempionatında iştirak edəcək.
MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ilin martın 12-də Azərbaycanda “Robotlar missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 milli robot yarışı təşkil olunub və azərbaycanlı məktəblilər iki dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.
“FLL Azərbaycan” haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət etmək lazımdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info