Biləsuvarın 2 kəndinə içməli su verildi
Tarix: 09.03.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq Biləsuvar rayonunun 2 kəndinə içməli su verilib. Rayonun Xırmandalı kəndində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələr, aparılan abadlı-quruculuq işləri barədə ətraflı məlumat verərək bildirib ki, həyata keçirilən layihə nəticəsində rayonun ən böyük kəndlərindən olan Xırmandalı kəndində 9960 nəfər, Bəydili kəndində isə 6750 nəfər əhalinin içməli sudan əziyyət çəkən sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verməklə, onların içməli suya olan tələbatını tam ödəyəcək. Bildirilib ki, hər iki kəndə çəkilən içməli xəttinə su əsasən Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən verilir. Kəndlərə bu məqsədlə 14.2 km uzunluğunda müxtəlif diametrli borular çəkilib. Su kəmərlərindən verilən layihə nəticəsində Xırmandalı kəndində daimi istifadə üçün 52 bulaq, Bəydili kəndində isə 25 bulaq quraşdırılıb. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxış edərək bildirib ki, sərəncama uyğun olaraq nəzərdə tutulan işlər sürətlə davam etdirilir. Növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır. Kənd sakinləri çıxış edərək keyfiyyətli su ilə təminatlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda suyun verilməsini göstərən bulağın rəsmi açılışı olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info