“Bakı-Tbilisi-Qars dəmir yolu turizmin inkişafı üçün geniş imkanlar yaradacaq”
Tarix: 05.03.2018 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdə olub. Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır. Görüşdə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd edilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat - tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb.
Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, transxəzər marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) daha böyük perspektivlərə malik layihədir. Bu layihə təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, digər ölkələrin də iqtisadi inkişafı üçün geniş imkanlar açır. Nazirin sözlərinə görə, BTQ-nin çox böyük potensialı var: “Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu da öz növbəsində, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Qətiyyətlə demək olar ki, BTQ-nin potensialı çox böyükdür. Düşünürəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”. İqtisadiyyat naziri,
Gürcüstanda da səfərdə olub. Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkandan daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: “Əsas məqsəd Bakı-Tbilis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Ötən 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info