75 minə yaxın vergi ödəyicisinin 743 milyon manatdan çox borcu silinib
Tarix: 09.03.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 40%-ə yaxın artıb
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün iqtisadiyyatın sferalarında nəzərəçarpacaq irəliləyişlər olur, kənd təsərrüfatı, sahibkarlıq yeni iqtisadi şəraitə uyğun olaraq inkişaf edir. Regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrdə icra olunan layihələr də uğurla həyata keçirilir. Qeyd etdiyimiz kimi, iqtisadiyyatın bütün sferalarında irəliləyişlər var ki, bunlardan biri də gömrük sahəsi ilə bağlıdır. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 445 mln. 751,90 min manat daxil olub. Komitənin açıqladığı statistikaya görə, gömrük daxilolmaları ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 76 mln. 850,40 min manat və ya 20,83% artıb. Ötən iki ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 mln. 453,70 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 mln. 710 min manat, aksizlər üzrə 13 mln. 170,90 min manat, yol vergisi üzrə isə 5 mln. 417,30 manat təşkil edib.

Komitənin açıqladığı statistikada qeyd olunan digər müsbət məqam isə odur ki, yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 mlrd. 661 mln. 992,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 036 mln. 032,85 dollar və ya 39,45% çoxdur.
 
Ötən iki ay ərzində idxal əməliyyatları 1 mlrd. 451 mln. 527,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə  479 mln. 557,09 min dollar və ya 49,34% çoxdur.
 
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 2 mlrd. 210 mln. 451,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 556 mln. 475,76 min dollar və ya 33,64% çoxdur.
 
Nəticədə 758 mln. 924,27 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin iki ayı ilə müqayisədə 76 mln. 918,67 min dollar və ya 11,28% artım deməkdir.


Ölkədə qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb

Digər diqqətçəkən məqam isə vergilərlə bağlı müsbət irəliləyişlərin olmasıdır. Belə ki, 2017-ci ildə Azərbaycanda qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb. Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, hesabat ili ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 148990 (11860 hüquqi şəxs, 137130 fiziki şəxs) olmaqla, 2016-cı ildə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayına (145874 ümumi, 7923 hüquqi şəxs, 137951 fiziki şəxs) nisbətən 2,1% çox olub. Hesabatda qeyd olunub ki, 2017-ci il ərzində Azərbaycanda 972 xarici investisiyalı şirkət qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə qeydiyyata alınmış xarici investisiyalı şirkətlərin sayında (697) 275 və ya 39,5% artım olub.
 
Dövr ərzində qeydiyyatdan keçmiş 31782 təsərrüfat subyektinin (obyektinin) sayı 2016-cı ildə qeydiyyatdan keçmiş 32741 təsərrüfat subyektinin sayına nisbətən 959 və ya 2,9% azalıb.
 
2017-ci il ərzində qeydiyyatdan keçmiş Pos-terminalların sayı (6803) 2016-cı ildə qeydiyyatdan keçmiş Pos-terminalların sayına (9184) nisbətən 25,9% az olub.
 
Vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqi nəticəsində 2017-ci il ərzində 255,2 mln. manat vəsait dövlət büdcəsinə elektron qaydada ödənilib.

Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapan digər məsələ isə bəzi vergi ödəyicilərinin borclarının silinməsidir. Qeyd olunur ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 70133 vergi ödəyicisi üzrə 729 mln. 234,7 min manat borc məbləğinin qeyd-şərtsiz olaraq silinməsi təmin edilib. Hesabatda qeyd olunub ki, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən isə 2017-ci ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 88,4 min manat ödənişlər müqabilində 4455 vergi ödəyicisinin 01.01.2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 822,9 min manatı silinib. Ümumilikdə, qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 74588 vergi ödəyicisi üzrə 743 mln. 57,6 min manat məbləğində borcu silinib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ucuzlaşıb

Ölkə iqtisadiyyatına ciddi təsir edən amillərdən biri də qiymət artımıdır. Təqdir ediləsi haldır ki, ciddi qiymət artımı halları baş vermir. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin fevral ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% ucuzlaşıb.
Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, xalça və digər döşəmə örtüklərinin, televizorların, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının, avtomobillərin təmiri xidmətlərinin qiymətlərində ucuzlaşma, dəmir yolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində isə cüzi bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhalinin içməli su təminatı yaxşılaşdırılır
Artıq bölgələrdə kəndlərin çox az qismi qalıb ki, içməli su ilə təmin edilməyib. Bu istiqamətdə də mütəmadi işlər görülür.
Buna misal olaraq “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihənin uğurla yekunlaşmasını göstərmək olar.
“Azərsu” ASC-dən verilən məlumata görə, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info