Ağ Evdən Türkiyəyə mesaj: Rusiyadan S-400 sistemlərini almayın General Kertis Skalarrotti:
Tarix: 10.03.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları C-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə inandırmağa çalışırıq"

Yunanıstan Rusiyadan S-300 kompleksləri alsa da Vaşınqton buna görə narahatlıq keçirmir. Amma məsələ Türkiyəyə gələndə, ikili standart prinsipi işə düşür. Qərb Türkiyənin onlardan müstəqil və güclü hava hücumundan müdafiə sistemi olmasını istəmir.
Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib. Anadolu Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə "Fırat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq.Maraqlıdır ki, belə bir ərəfədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib ki, Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır: "Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır". Afri məsələsində Türkiyənin yanında deyil, qarşısında yer alan ABŞ isə təzyiq rıçaqlarını işə salmaqda davam edir. “RİA Nobosti”nin xəbərinə görə, ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib ki, ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. O, S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini xatırladıb: "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq". General Kertis Skalarrotti "digər fəsadlar"ın mahiyyətini açıqlamayıb. "Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları C-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə inandırmağa çalışırıq" - deyə Kertis Skalarrotti qeyd edib. Maraqlıdır ki, qonşu Yunanıstan Rusiyadan S-300 kompleksləri alsa da Vaşınqton buna görə narahatlıq keçirmir. Amma məsələ Türkiyəyə gələndə, ikili standart prinsipi işə düşür. Qərb Türkiyənin onlardan müstəqil və güclü hava hücumundan müdafiə sistemi olmasını istəmir. ABŞ-ın iddiası məntiqsizdir. Bəli, C-400-lər NATO standartlarına uyğun deyil. ABŞ bunu deməklə yeni planet kəşf etmir və hamının bildiyini təkrarlayır. Rusiya sistemi ilə NATO sistemi fərqli olsa da onları bir-birinə mane olmadan, paralel şəkildə istifadə etmək mümkündür. Necə ki, Yunanıstan edir. Məsələ Türkiyənin ən azı hava müdafiə sahəsində müstəqil olmasının istəməməkdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info