“Made in Azerbaijan“ brendi xarici bazarlarda tanıdılır
Tarix: 10.03.2018 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "İxrac missiyalarında brend menecmentinin önəmi" - Made in Azerbaijan brendinin təşviqi mexanizmləri" mövzusunda təlim keçirilib. İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması, brendləşmə istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. "Floor 6" şirkətinin təsisçisi Leyla Məmmədovanın apardığı təlimdə iştirakçılara brend menecment və onun önəmi, xarici bazarlara məhsul ixrac etmək istəyən sahibkarlar üçün brend menecment prosesləri, müştərilərin müəyyənləşdirilməsi, brend planın önəmi və hazırlanması ilə bağlı yeni məlumatlar təqdim edilib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, ixracyönümlü təlim və seminarların keçirilməsində əsas məqsəd ixracatçıların maarifləndirilməsi, məhsullarını ixrac etmək istəyən sahibkarların isə sözügedən alətlər haqqında məlumatlandırılmasıdır. Sahibkarlar bu təlimlərdə yeni informasiya qəbul edir və öz fəaliyyətlərində tətbiq edirlər. Habelə bu təlimlər sahibkarların öz fəaliyyətlərini korporativ standartlar əsasında qurmalarına da yardım göstərir. "Floor 6" şirkətinin təsisçisi Leyla Məmmədova əlavə edib ki, təlimdə əsas məqsədi xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün brend menecmentin əhəmiyyətini göstərməkdir. "Brend menecment vasitəsilə xarici bazarlarda yerli məhsulların daha peşəkar şəkildə tanıdılması, istehlakçı davranışlarının tədqiqi, brend planların hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Həmçinin “Made in Azerbaijan" brendinin xarici bazarlarda tanıdılması istiqamətində sahibkarlar maarifləndirilib. "İxrac missiyalarında brend menecmentinin önəmi" mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb. Buna qədər "Bir Pəncərə " İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması" və "Digital Marketinq" mövzularında təlimlər keçirilib. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info