Qəddafinin xəzinələri yox olub?
Tarix: 11.03.2018 | Saat: 23:56:00 | E-mail | Çapa göndər



Qəddafinin xəzinələri yoxa çıxıb. Belçikanın həftəlik “LeVif” nəşrinin məlumatına görə, Liviyanın keçmiş liderinin “Euroclear Bank”-dakı hesabından 10 milyarddan artıq avro “yoxa çıxıb”. Xatırladaq ki, Qəddafinin bu vəsaiti 2010-cu ildə dondurulmuşdu. Onu da qeyd edək ki, Belçikanın Xarici İşlər Nazirliyi yayılan məlumatı səhv adlandırsa da, amma təkzib də etməyib.

“LeVif”-in verdiyi məlumata görə, Qəddafinin pulları 2013 və 2017 illər arasında yoxa çıxıb. Ümumilikdə, Liviya liderinin Belçika bankında dörd hesabı olub. Onun ölümündən sonra-2011-ci ildə bu vəsaiti Qəddafinin qohumları və ölkənin yeni rəhbərliyi əldə etməyə cəhd etsə də, bütün bu cəhdlər uğursuzluqla sonunclanıb. Belə ki, heç kəs 10 milyarddan artıq avronun korrupsiya və ya cinayətlə əlaqəsi olmadığını, yəni "təmiz" olduğunu sübuta yetirə bilməyib.
Ekspertlər Qərb banklarının istənilən halda və istədikləri qədər, poblemli hökmdarların vəsaitlərini saxlaya biləcəyini qeyd edirlər. Müqayisə üçün bildirək ki, bu gün də ABŞ bankları ilə İslam inqilabının lideri Xomeyninin yaxınları arasında dava səngiməyib. Demək olar ki, 40 ildən artıqdır ki, iranlılar Ayətullaha məxsus milyonları almağa çalışsalar da, lakin bu günə qədər heç bir şey əldə edə bilməyiblər.
London Hüquq Bürosunun idarəedici ortağı olan Vladimir Qladışevə görə, bu gün banklar, əslində, müstəqil müəssisə deyillər: “ Əslində, Qərbdəki müasir bankçılıq vaxtilə Sovet dövlətində fəaliyyət göstərən bankının bir variantıdır. Bununla əlaqədar, Qəddafinin pullarının itməsi, adətən səthə gəlməyən problemi ortaya qoyur. Bunlar Qərb dünyasında ayrı-ayrı korrupsiya mərkəzləridir. Mən özüm üçün bu pulların orta səviyyəli bir məmurla əlaqə qurmağı bacaran birinin oğurlandığını düşünürəm. Bunula yanaşı, amerikalıların tez-tez müraciət etdiyi başqa bir təcrübə də var. Belə ki, 1992-ci ildə Panama lideri Manuel Norieqa hakimiyyətdən uzaqlaşdırılandan sonra, ABŞ səlahiyyətliləri, öz ərazisindəki hesablarda olan bütün sərmayələri müsadirə etdilər”-deyə rusiyalı ekspert bildirib.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info