Lahorda AXC-nin yubileyinə həsr olunan tədbir keçirilib
Tarix: 12.03.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçirilib. Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfli yol haqqında məlumat verib. O, Prezident İlham Əliyevin Sərəncamı əsasında bu il Cümhuriyyətin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahorda qeyd edilməsinin əlamətdar hadisə olduğunu bildirib. O, Pakistan və Azərbaycan xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlığın və ortaq bağların olduğunu qeyd edib. Diplomat Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyib, Pəncabın qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında xüsusi rolunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Pəncab əyalətinin maliyyə naziri xanım Aişə Paşa Pakistan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, iqtisadi və ticari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın musiqi qrupunun Pəncab əyalətinin Lahor şəhərinə gəlməsinin böyük məmnunluq hissi yaratdığını bildirib. Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab əyalətinin Baş naziri və hökuməti adından Azərbaycan xalqını təbrik edib.Çıxışlardan sonra Azərbaycanın Əməkdar Artisti Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Televiziyasının solisti Nigar Şabanovanın ifalarında xalq və bəstəkar mahnıları, klassik musiqilər səslənib.Musiqi axşamı ziyafətlə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info