“Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar“ layihəsinin icrasına başlanılıb
Tarix: 12.03.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Türkiyədə  fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi "Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar" layihəsinin icrasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Dərnəyin sədri Cəvahir Əhmədova bildirib ki, Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasında olan şəhid uşaqlarını və ailələrini görüşdürmək, onları ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda terrora qarşı Afrin əməliyyatında Türkiyə dövlətinə və ordusuna mənəvi dəstək olmaqdır. Bu məqsədlə Azərbaycanın şəhid övladlarından ibarət 38 nəfərlik qrup 2018-ci ilin mart ayının 15-dən 27-dək Türiyədə səfərdə olacaq. 12 gün ərzində şəhid övladları Ankarada Mustafa Kamal Atatürkün Mavzoleyini, Türkiyə Cümhur Başkanlığını, Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək, rəsmi şəxslərin qəbulunda olacaqlar.
Daha sonra uşaqların Bursaya və Eskişehirə səfəri planlaşdırılır. Uşaqlar bu şəhərlərdə tarixi yerləri gəzəcək,  mədəniyyət abidələri ilə tanış olacaqlar. Şəhid övladlarının səfəri Afyonkarahisar, Kocatepe şəhidliyi, Çanakkaladan keçərək İzmirdə başa çatacaq. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirdə Türkiyədə olan şəhid uşaqları və ailələri ilə  görüş, birlikdə  tarixi və mədəni yerlərə gəzinti təşkil olunacaq. Səfər müddətində şəhid uşaqlarını 1 həkim, 2 tarixçi alim, 1 psixoloq və 6 nəfərdən ibarət nəzarətçi qrup müşayiət edəcək.
Qeyd edək ki, layihənin ikinci mərhələsində 2018-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana 50 şəhid övladının səfəri nəzərdə tutulur. Layihənin Azərbaycan üzrə koordinatoru "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadədir.
Əkbər




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info